Icma.az
close
up
RU
Aqil Abbasdan SƏRT REAKSİYA: “Bizi buna ruslar məcbur etdi, qoy hər kəs öz yerini bilsin!”

Aqil Abbasdan SƏRT REAKSİYA: “Bizi buna ruslar məcbur etdi, qoy hər kəs öz yerini bilsin!”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlərdə Rusiyada baş verən hadisələr ­– Yekaterinburq şəhərində soydaşlarımızın hüquq-mühafizə orqanları tərəfindən işgəncə ilə öldürülməsi, çoxs ayda azərbaycanlının həbs edilməsi cəmiyyətin böyük qəzəbinə və haqlı narazılığına səbəb olub. Günlərdir siyasi-ictimai müstəvidə müzakirə olunan bu hadisələrin iki ölkə arasındakı əlaqələrə böyük təsir edəcəyi gözlənilən idi.

Bu gərginliyin nəticəsi olaraq artıq  yüksək rəsmi şəxsin – Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub. Bundan başqa Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib. 

Bəs, Rusiya ilə mədəni sferada münasibətlər bundan sonra necə davam edəcək?

Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən millət vəkili Aqil Abbas bildirib ki, bizi sözügedən qərarları verməyə ruslar məcbur edib:

“Biz həmişə Rusiyaya qucaq açmışdıq, aktyorları, müğənniləri həmişə gəlib Bakıda yüksək səviyyədə konsertlər verib. İnsanlarımız da məmnuniyyətlə gedib iştirak edib. Amma hazırki məqamda mədəni əlaqələrin dayandırılması vacibdir. Qoy hər kəs öz yerini bilsin. Azərbaycana qarşı zorakılığı pisləyirik və əlaqələri dayandırmaqla düz hərəkət edirik”.  

Gələcəkdə Rusiya ilə mədəni əlaqələrin yenidən bərpa edilməsi ehtimalına gəlincə deputat bildirib ki, Rusiya öz günahını başa düşüb dövlət səviyyəsində üzr istəyəcəksə, yəqin ki, əlaqələr yenidən bərpa olacaq:

“Bu həmişə belə qalmayacaq ki! Ehtimal ki, zamanla ara sakitləşəcək. Biz erməni ilə 30 ildən, o boyda müharibədən sonra sülh masasına otururuq. Çünki Azərbaycan xalqı sülhsevər xalqdı. Əgər ermənilərlə sülh bağlayırıqsa, ruslarla niyə münasibətləri düzəltməyək?! Düzəldəcəyik, amma müəyyən şərtlərlə! Yoxsa sən mənim vətəndaşlarımı öldür, məhkəməsiz-filansız sıxışdır, belə olarmı?! Bu cinayətdir, terrordur! Bu terrora cavab verilməlidir”.   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 İyun 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri