Icma.az
close
up
RU
Aqil Nəbiyev: “Məni narahat edən yeganə məqam…”

Aqil Nəbiyev: “Məni narahat edən yeganə məqam…”

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın müvafiq yaş qrupundan ibarət komandasını 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi Aqil Nəbiyev oyundan sonra bir səra açıqlamalar verib:

“İlk növbədə komandamı qələbə münasibətilə təbrik edirəm. Moldova ilə ilk matçımızı iki gün əvvəl keçirmişdik. Bir günlük fasilədən sonra yenidən oynamaq çətindir. Futbolçunun bərpası çox önəmlidir. Orqanizmdə asılı olaraq 48 saata da bərpa olan futbolçu var, 72 saata da. Bunları nəzərə alaraq heyətdə bəzi dəyişikliklər etmişdik. Meydanda dominant futbol oynadıq, çoxlu qol epizodları yaratdıq. Məni narahat edən yeganə məqam hər iki görüşdə əldə etdiyimiz yüz faizlik epizodları dəyərləndirə bilməməyimiz və sadə vəziyyətlərdən qollar buraxmağımız oldu. Bunların üzərində çox çalışmaq lazımdır. Bu kollektivdən bir neçə futbolçunu U-17 milliyə də dəvət edirik. Təlim-məşq toplanışlarının və beynəlxalq oyunların sayını artıra bilsək, bu futbolçularla çox şeyə nail olarıq. İnanıram ki, ölkəmizdə təşkil olunacaq MDB Oyunlarında və U-17 millimizlə seçmə mərhələ matçlarında yaxşı nəticələr əldə edəcəyik”.

Baş məşqçi komandamızın 3:2 hesablı qələbə qazandığı ilk oyunla müqayisədə ikinci qarşılaşmanı daha yaxşı keçirdiyini söyləyib: “Birinci oyunu təhlil etdiyimiz zaman gözə çarpan boşluqları aradan qaldırdıq. Budəfəki matçda topa daha çox sahib olduq, kifayət qədər qol vəziyyətləri yaratdıq. Baxımlı oyunun da nəticəsi olaraq qələbə qazandıq. Uğurlu nəticələrin davamının gələcəyinə inanıram”.

Aqil Nəbiyev sentyabr-oktyabr aylarında Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında U-16 millimizin uğurlu nəticə qazanacağına inandığını vurğulayıb: “Rəqiblərimizi bildikdən sonra onlar barədə ətraflı məlumat toplayacaq, təhlil edəcəyik. Komandamız MDB Oyunlarında da uğurlu nəticələr qazanacaq potensiala malikdir. Sadəcə, uşaqlara güvənməliyik. Hər dəfə dediyim kimi, Azərbaycanda yetərincə perspektivli futbolçu var. Uşaqları düzgün istiqamətləndirmək və onlara inanmaq lazımdır”.

“Sabah” beynəlxalq turnirin qalibi olub Ernad Skuliç: "Zirə" üçün çox çətin olacaq" "Sabah" "Lill"də oynamış futbolçunu transfer edib Pedro Bikalyo: “Qarabağ" regionun ən böyük klubudur” "Sabah"ın avrokubok oyunlarının vaxtı bəlli olub
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri