Aqrar İnnovasiya Mərkəzi və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə fəaliyyət imkanları müzakirə olunub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və regionlarda birgə fəaliyyətin təşkili məqsədilə görüş keçirilib.
Görüşdə bölgələrdə təşkil olunan festivallarda peşə təhsili müəssisələrinin fəal iştirakı, aqrar sahədə dövlət dəstək mexanizmlərinə həsr olunmuş panel müzakirələrində Agentliyin təmsil olunması, eləcə də regionlarda birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr zamanı peşə təhsili alan tələbələrin müasir aqrar texnologiyalar və innovativ yanaşmalarla tanışlığının təmin edilməsi, onların əmək bazarına daha hazırlıqlı şəkildə çıxışının dəstəklənməsi, həmçinin təhsil müəssisələrinin aqrar sektorla inteqrasiyasının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Xüsusilə regionlarda keçirilən Aqrar Biznes festivallarında peşə təhsili müəssisələrinin iştirakının əhəmiyyəti vurğulanaraq qeyd olunub ki, bu platformalar tələbələrin real iş mühiti ilə erkən mərhələdə əlaqə qurmasına və gələcək məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib ki, Agentliyin bölgələrdə keçirilən aqrar biznes festivallarında iştirakı mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər tələbələrin yeniliklərlə yaxından tanış olması, peşə təhsili müəssisələrinin öz fəaliyyətlərini təqdim etməsi və aqrar sektorda mövcud iş imkanları barədə məlumat əldə etməsi baxımından əhəmiyyətlidir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə qeyd edib ki, regionlarda keçirilən aqrar biznes festivalları dövlət qurumları, təhsil müəssisələri və sahibkarlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün effektiv platformadır. Peşə təhsili müəssisələri ilə qurulan əməkdaşlıq tələbələrin işəgötürənlərlə birbaşa ünsiyyət qurmasına və real sektorun tələblərini daha yaxından tanımasına imkan yaradır.
Görüşün yekununda aqrar sahədə dövlət tərəfindən tətbiq edilən dəstək mexanizmlərinə həsr olunmuş panel müzakirələrində Peşə Təhsili üzrə Dövlət Agentliyinin iştirakının təmin edilməsi, regionlarda birgə tədbirlərin təşkili və əməkdaşlığın mərhələli şəkildə genişləndirilməsi barədə razılıq əldə olunub. Tərəflər gələcək dövrdə birgə layihələrin davamlı icrası istiqamətində əməkdaşlığın gücləndiriləcəyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 28 Yanvar 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















