Icma.az
close
up
RU
Aqrar Proqramın icrası sürətlənib

Aqrar Proqramın icrası sürətlənib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsmayıllı

Rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, tədbir çərçivəsində əvvəlcə rayon ərazisində fəaliyyət göstərən bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və aidiyyəti dövlət qurumlarının məsul şəxsləri təsərrüfatlarda aparılan işlərlə yerində tanış olublar.

Səfər çərçivəsində “AZCHİCKEN PRODUCTİON” MMC, “AAFT” MMC, fiziki şəxs Səlahəddin Məmmədovun təsərrüfatı və “İvanovka təbii qida məhsulları” MMC-yə baş çəkilib. Burada istehsal fəaliyyəti, mövcud imkanlar, təsərrüfatların inkişaf istiqamətləri və istehsal gücünün artırılması ilə bağlı görülən işlər barədə məlumat verilib.

Sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan fermer və sahibkarların, həmçinin Qərargah üzvlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda çıxış edənlər ölkəmizdə aqrar sektorun inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və fermerlərin fəaliyyətinin dəstəklənməsinə yönəlmiş tədbirlərdən danışıblar.

Sonda fermer və sahibkarların müraciətləri, təklifləri və onları narahat edən məsələlər dinlənilib. Səsləndirilən problemlərin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib.

Beyləqan

Dövlət Proqramının icrası çərçivəsində Beyləqan rayonunda həyata keçirilməsi nəzərdə tutulan işlərin də monitorinqi keçirilib.

Rayon rəhbərliyi, Prezident Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşları və aidiyyəti qurumların nümayəndələri “Şəhid Cabir” KFT MMC, “Eden Agro” MMC, “Qarabağ Toxum” MMC, “PrimeCotton” İFT MMC-də və sahibkar Möhübbət Məmmədovun fermer təsərrüfatlarında olublar.

Təsərrüfatlarda mövcud imkanlar və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatının inkişafı, mövcud istehsal potensialından səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir və innovativ yanaşmaların tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, eləcə də sahibkarların qarşılaşdıqları məsələlər müzakirə olunub.

Fermer və sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və qarşıda duran hədəflər nəzərdən keçirilib.

Sonra Beyləqan Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat nümayəndələrinin, aidiyyəti dövlət qurumlarının rəhbərlərinin və qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə olunub. Fermer və sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb. Aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.

Culfa

Dövlət Proqramının Culfa rayonunda icrası ilə bağlı da görüş keçirilib.

Görüşdə rayon icra hakimiyyətinin, Prezident Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, icra hakimiyyətində yaradılmış rayon qərargahının üzvləri, həmçinin zona müşavirəsində təşəbbüsləri səsləndirilmiş sahibkarlar iştirak ediblər.
Görüşdə Dövlət Proqramından irəli gələn vəzifələrin Culfa rayonunda icrası, rayonun aqrar potensialının genişləndirilməsi, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması, mövcud imkanlardan səmərəli istifadə məsələləri müzakirə olunub. Həmçinin aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər, onların həlli yolları və nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra görülən işlərlə yerində tanış olmaq məqsədilə təsərrüfat subyektlərinə baxış keçirilib.

Sahibkarlara Dövlət Proqramının məqsəd və vəzifələri, aqrar sahənin inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər, tətbiq olunan subsidiya mexanizmləri və dövlət dəstəyi imkanları barədə ətraflı məlumat verilib. Mövcud imkanlardan səmərəli istifadə, istehsal həcminin və məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, istehsal proseslərinin təkmilləşdirilməsi və yeni istehsal sahələrinin yaradılması ilə bağlı müvafiq tövsiyələr səsləndirilib.

Görüşdə aqrar sahədə fəaliyyət göstərən sahibkarların təşəbbüslərinin dəstəklənməsi, qarşılaşdıqları problemlərin həllinə diqqətin artırılması və kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri