Məzarı açılan Kozinoğlunun autopsiyası nəticəsində Ölümcül maddə aşkarlandı
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin keçmiş Milli Kəşfiyyat Təşkilatının əməkdaşı Kaşif Kozinoğlunun məzarının açılmasından sonra götürülmüş nümunələr üzərində Məhkəmə Tibb Qurumu tərəfindən aparılan ilkin araşdırmaların nəticəsi bəlli olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılmış autopsiyanın və laborator analizin nəticəsində Kozinoğlunun saç və dırnaq nümunələrində yüksək miqdarda toksik maddə aşkar edilib.
Bununla belə, aparılan analizlər nəticəsində K.Kozinoğlunun məzar torpağında heç bir zəhərli maddəyə rast gəlinməyib.
Dəqiq ölüm səbəbinə dair yekun qiymətləndirmənin yer alacağı Məhkəmə Tibb Qurumu Ali Şurasının hesabatının prokurorluğa təhvil verilməsi gözlənilir.
Qeyd edək ki, “Ergenekon” təşkilatının üzvü olmaqda şübhəli bilinərək 10 mart 2011-ci il tarixində həbs edilmiş Kaşif Kozinoğlu ilk məhkəmə iclasına 10 gün qalmış, 12 noyabr 2011-ci ildə Silivri həbsxanasında vəfat edib. Rəsmi olaraq onun ürəktutmadan öldüyü açıqlanıb. Kozinoğlunun ölümü ilə bağlı sentyabr ayında yenidən başladılan istintaq çərçivəsində məzarının açılması barədə qərar qəbul edilib. Aparılan istintaq çərçivəsində 9 şübhəli saxlanılıb, onlardan üçü həbs edilib. Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan, daha sonra isə azadlığa buraxılan keçmiş həbsxana həkimi Turgay Tamer sentyabr ayında İstanbuldakı evində ölü tapılıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 03 Noyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















