Spiker: Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir
Icma.az, Apa.az saytına istinadən bildirir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir.
APA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Sədr bildirib ki, Tarixi Zəfər dövlətimizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasına yol açıb və onun əhəmiyyəti ildən-ilə daha aydın şəkildə üzə çıxır: “Azərbaycan ərazisində fəaliyyət göstərən kriminal xunta rejiminin mövcudluğuna son qoyulub. Böyük səylər hesabına yaradılan siyasi, iqtisadi və hərbi potensial tarixi qələbədə təcəssümünü tapıb. BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların onilliklər boyu kağız üzərində qalan qətnamələrinin icrası təmin edilib. Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 03 Noyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















