Aqrar sahədə kadr hazırlığı gücləndirilir: Yeni sənəd imzalanıb
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Cebheinfo.az” xəbər verir ki, memorandumun imzalanma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə müasir aqrar texnologiyaların tətbiqinin və istehsalatla təhsilin inteqrasiyasının peşə təhsilinin keyfiyyətini yeni mərhələyə yüksəldəcəyini bildirib.
Vurğulayıb ki, bu əməkdaşlıq innovativ yanaşmaların genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edəcək.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev çıxışında əməkdaşlığın aqrar sektorun davamlı inkişafına, insan kapitalının daha da möhkəmlənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Memorandumu Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı imzalayıblar.
Sənədin imzalanmasında əsas məqsəd aqrar sahədə peşə hazırlığının səmərəliliyini artırmaq, rəqabətqabiliyyətli və ixtisaslı kadrların hazırlanmasına nail olmaq, peşə təhsilini aqrar sahənin real ehtiyaclarına uyğunlaşdırmaq, eləcə də regionlarda dayanıqlı inkişafı dəstəkləməklə peşəkar kadr hazırlığını gücləndirməkdir.
Memoranduma əsasən, tərəflər aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanması və onların rəqabət qabiliyyətinin artırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər. Həmçinin peşə təhsili müəssisələrinin tələbələrinin laboratoriya, baytarlıq, bitki mühafizəsi və kənd təsərrüfatı texnikası sahələrində praktiki bilik və bacarıqlar əldə etməsi üçün müvafiq şərait yaradılacaq.
Eyni zamanda, aqrar texnologiyaların tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi, müasir yanaşmaların təşviqi və sahə üzrə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması da əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.
Qeyd edək ki, əməkdaşlıq aqrar sahədə peşə təhsilinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə sektorun inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 02 Mart 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















