Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Azərbaycanın müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində sənəd imzalanıb FOTO

Azərbaycanın müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində sənəd imzalanıb FOTO

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və Təhsil Nazirliyi (ETN) ilə Müdafiə Sənayesi Nazirliyi (MSN) arasında müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandumun imzalanması ilə əlaqədar mayın 26-da Azərbaycan Texniki Universitetində (AzTU) tədbir keçirilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, AzTU-nun rektoru Vilayət Vəliyev, MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Emil İbrahimov, MSN-in və ETN-in digər rəhbər işçiləri, universitetin müəllim və professor heyəti, həmçinin akademik göstəriciləri yüksək olan bir qrup tələbə iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Universitetin Heydər Əliyev Mərkəzində davam edən imzalanma tədbirində elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək müasir təhsil sistemi, bu sahədə aparılan islahatlar, ali məktəblərin bakalavriat, magistratura və doktorantura pillələrinə qəbul proqramları haqqında ətraflı məlumat verib. Nazir müavini imzalanacaq memorandumla ETN və MSN arasındakı əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağını qeyd edib. İdris İsayev müasir təhsilvermənin tələbləri nəzərə alınmaqla hazırlanmış çoxistiqamətli əməkdaşlığı ehtiva edən sənədin müdafiə sənayesi üzrə kadr hazırlığına olan tələbatın, o cümlədən yeni texnologiyalar sahəsində çağdaş bilik və bacarıqlara malik yüksəkixtisaslı mühəndis kadr hazırlığının təmin edilməsində xüsusi rol oynayacağını vurğulayıb.

Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov öz növbəsində müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı, sahəvi mütəxəssislərin təkmilləşdirilməsi və innovativ mühəndisliyin daha da inkişaf etdirilməsi məqsədilə ETN və onun strukturuna daxil olan elmi-tədqiqat institutları, eləcə də ali və peşə təhsili müəssisələri ilə səmərəli əməkdaşlıq edildiyini, bu sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Hidayət Əzimov memorandumun ölkəmizin prioritet inkişaf istiqamətləri üzrə kadrlara olan tələbatının, o cümlədən yeni texnologiyalar sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlığının təmin edilməsinə geniş imkanlar yaratdığını, müasir dövrdə sənaye-universitet əlaqələrinin inkişafı baxımından bu sənədin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

AzTU-nun rektoru Vilayət Vəliyev isə çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə MSN arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. O, Nazirlər Kabinetinin müvafiq qərarı və MSN-in təşəbbüsü əsasında 2012-ci ildən AzTU-da Xüsusi texnika və texnologiya fakültəsinin uğurla fəaliyyət göstərdiyini, təhsil müddətində yüksək nailiyyətlər əldə etmiş məzunların əksəriyyətinin MSN-in müəssisələrində müvəffəqiyyətlə çalışdıqlarını vurğulayıb. Rektor müdafiə sənayesi üzrə kadr hazırlığı ilə bağlı çağdaş dövrün tələblərinə uyğun yeni strategiya hazırlandığını diqqətə çatdırıb.

Sonra əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tədbirin sonunda qonaqlar AzTU tərəfindən müasir tədris-təhsil proqramlarının həyata keçirilməsi məqsədilə ali təhsil müəssisəsinin maddi-texniki bazasının əsasında yaradılmış texnoloji imkanlar və perspektiv layihələrlə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri