Aqrar sahəyə dövlət dəstəyinin yeni mexanizmi
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi müxtəlif vasitələrlə həyata keçiriləcək.
“Cebheinfo.az” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Aqrar sahə haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin vasitələr aşağıdakılardır:
- aqrar subsidiyanın verilməsi;
- kənd təsərrüfatı istehsal vasitələrinin satışı və maliyyə icarəsi zamanı güzəşt tətbiq edilməsi, habelə güzəştli kreditlərin və maliyyə icarəsi üçün vəsaitin ayrılması, o cümlədən verilmiş kreditlərin faizlərinin maliyyələşdirilməsi;
- qrant verilməsi;
- dövlət investisiya qoyuluşu;
- vergi və gömrük güzəştlərinin tətbiqi;
- aqrar sığorta fəaliyyəti;
- satış yerlərinin təşkili;
- informasiya-məsləhət xidmətlərinin göstərilməsi;
- strateji əhəmiyyətli aqrar məhsulun istehsalı zamanı dövlət zəmanətinin tətbiqi;
- dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi;
- elmi tədqiqat, laboratoriya, təcrübə, bitki və heyvan xəstəlikləri üzrə müalicə-profilaktika, zərərsizləşdirilmə və sınaq fəaliyyətinə, habelə aqrar təhsil, təlim və peşə hazırlığına dəstək göstərilməsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallarda və qaydada xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərərin ödənilməsi.
Qanun layihəsinə əsasən, aqrar sahədə subsidiyalaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı Sistemin məlumatları əsas götürüləcək və aqrar məhsul istehsalçılarının reytinq sistemi nəzərə alınacaq. Aqrar sığorta sahəsində dövlət dəstəyi "Aqrar sığorta haqqında" qanunla tənzimlənəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 23 Oktyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















