Icma.az
close
up
RU
Aqrar sahəyə dövlət dəstəyi genişləndirilir

Aqrar sahəyə dövlət dəstəyi genişləndirilir

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası yenilənib

Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında”, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” və “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanlarına dəyişiklik edilib. Həmçinin, “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də bəzi dəyişikliklər olunub. Dəyişikliklər kənd təsərrüfatı sektorunda güzəştlərin əhatə dairəsinin genişləndirilməsini və subsidiya təminatının daha da yaxşılaşdırılmasını, texnikavə texnoloji avadanlıqlara münasibətdə kənd təsərrüfatı texnikası parkının yenilənməsini, innovativ texnologiyalara olan ehtiyacın ödənilməsini, yerli istehsalın dəstəklənməsini, aqrar resursların səmərəli istifadəsini nəzərdə tutur.

Fermerlərə avans veriləcək

Dəyişikliklərdən biri bağçılıq subsidiyasının verilməsində yeni qaydaların tətbiqidir. Bağçılıq subsidiyası fermerlərə çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun olaraq kənd təsərrüfatı bitkilərinin becərilməsi (əkilməsi və aqrotexniki qulluğun göstərilməsi) üçün bağın salındığı birinci ildə istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, müasir suvarma sistemlərinin qurulmasına və tinglərdə fitopatoloji analizlərin aparılmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə veriləcək. Bağçılıq subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının, onlara tətbiq edilən əkin əmsallarının, avans məbləğinin, bağın salınması və subsidiyanın tətbiqi dövrünün, sığortalanmalı olan bitkilərin siyahısı yenidən müəyyənləşmkələ əkin sahələrinin minimum ölçüsünə dair tələblərə uyğun veriləcək.

Yeniliklərdən biri sertifikatlaşdırma subsidiyasıdır. Bu mexanizm fermerlər tərəfindən bitkiçilik və heyvandarlıq sahələrində beynəlxalq sertifikatların alınması və bu məqsədlə təsərrüfatların müəyyən olunmuş tələblərə uyğunlaşdırılması ilə bağlı çəkilən xərclərin bir hissəsinin kompensasiya edilməsini nəzərdə tutur. Bu çərçivəyə uyğun olaraq mülkiyyətçilərə avans ödəniləcək. Fermerlər tərəfindən bitkiçilik sahəsində aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini stimullaşdırmaq məqsədilə əkin və bağçılıq subsidiyalarının məbləğinin, 60 faizdən çox olmamaqla, Aqrar Subsidiya Şurası tərəfindən avans müəyyən ediləcək.

Heyvandarlıq və balıqçılıq üçün subsidiya qaydaları

Fermerlərə kənd təsərrüfatı heyvanlarının saxlanılması, yemlənməsi və damazlıq işinin təşkili ilə bağlı çəkilən xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə hər bir heyvana subsidiya veriləcək. Bundan başqa, heyvandarlıq sahəsində də subsidiya rejimi və təchizatı daha da dayanıqlı olacaq. Belə ki, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması və yüksək məhsuldar genetik potensiala malik heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova və balağa (camış balasına) görə verilən subsidiyanın əhatəsi artırılacaq.

Fərmana əsasən, Azərbaycanda balıqçılıq müəssisələri də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə güzəştli kredit ala biləcəklər. Bu məqsədlə Agentliyin vəsaitindən istifadə qaydası dəyişdirilib. Belə ki, bundan sonra Agentliyin vəsaiti kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarına, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqlara, suvarma sistemləri dəstlərinə və avadanlıqlarına, habelə damazlıq heyvanlara verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Pambıq mahlıcı və ipliyi üçün yeni subsidiya

Həmçinin, bundan sonra pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyası da tətbiq ediləcək. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda əks edilmiş mühüm priortetlərdən biri kimi pambıqçılığa dövlət dəstəyi tədbirlərinin artırılması nəzərdə tutulub. Bu məqsədlə yeni fərmana əsasən, iplik və parça istehsalının təşviq edilməsi üçün güzəştli kreditlərin ayrılması, ipək və xalçaçılıq üzrə emal sahələrinin institusional təkmilləşdirilməsi, pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyasının tətbiq edilməsi nəzərdə tutulub. Eyni zamanda, azı 2 yeni iplik və ya parça emalı müəssisəsinin dəstəklənməsi, pambıq mahlıcının iplik istehsalına yönəldilən hissəsinin, eləcə də ipliyin parça istehsalına yönəldilən hissəsinin artırılması planlaşdırılır.

Yeni qaydalara görə, Azərbaycanda güzəştlə alınmış aqrar texnikanın ixracı da məhdudlaşdırılacaq. Belə ki, güzəştli şərtlərlə maliyyələşdirilən kənd təsərrüfatı texnikasının maliyyələşdirildiyi tarixdən 5 il müddətində ölkədən ixracına yol verilməyəcək. Aqrar texnika barədə məlumatlar real vaxt rejimində “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürüləcək. Yeni mexanizm bu sahədə hesabatlılığın, şəffaflığın artmasına, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsinə, fermerlər üçün müraciətlərin sadələşdirilməsinə, elektronlaşdırılaraq asanlaşdırılması və əlçatan olmasına xidmət edir.

Ümumilikdə, aqrar sahədə məhsul istehsalı və emalı üzrə subsidiyalaşdırma qaydalarının yenilənməsi və dövlətin əlavə maliyyə təminatlarının verilməsi kənd təsərrüfatının inkişafında müsbət meyilləri gücləndirəcək. İlk növbədə, bundan sonra daha çox fermer subsidiya ilə əhatə olunacaq və onların maliyyə xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması istehsal və emal xərclərinin azalmasına səbəb olmaqla kənd təsrüfatı məhsullarının istehsalının artmasına səbəb olacaq. Bu mexanizmlər həmçinin aqrar sahədə məhsulların maya dəyərinə də öz müsbət təsirlərini göstərəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyun 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri