Icma.az
close
up
RU
Aqrar sığorta haqqının “AsanPay” vasitəsilə ödənişinə başlanıldı

Aqrar sığorta haqqının “AsanPay” vasitəsilə ödənişinə başlanıldı

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

Aqrar Sığorta Fondu fermerlərin aqrar sığortaya əlçatanlığının artırılması sahəsində işləri davam etdirir.

Artıq fermerlər aqrar sığorta haqqını “AsanPay” ödəniş sistemi vasitəsilə ödəyə bilərlər.

Fonddan AZƏRTAC-a bildirilib ki, may ayından etibarən aqrar sığorta haqqının ödənilməsi məqsədilə Aqrar Sığorta İnformasiya Sistemi (ASİS) ölkənin aparıcı ödəniş sistemlərindən olan “AsanPay” ilə inteqrasiya edilib. Nəticədə aqrar sığorta haqlarının “AsanPay” vasitəsilə ödənişi mümkün olub.

“AsanPay” vasitəsilə həm bitkiçilik, həm də heyvandarlıq sığortası üzrə sığorta haqqını ödəmək olar.

Qeyd edək ki, Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli aqrar sığorta xidmətinin əsas istifadəçiləri bölgələrdə, kənd yerlərində, o cümlədən ucqar kəndlərdə fəaliyyət göstərən fermerlərdir. İndiyədək onlar aqrar sığorta haqqını terminallar vasitəsilə ödəyir, bunun üçün rayon mərkəzlərinə yaxınlaşmalı olurdular. Bu da fermerlər üçün əlavə vaxt itkisinə səbəb olur, onları təsərrüfat işlərindən ayırırdı.

“AsanPay” sistemi ilə inteqrasiyadan sonra isə buna ehtiyac qalmayacaq. Bundan sonra əkin sahəsi və heyvanlarını sığorta etmək istəyən fermerlərin evdən çıxmasına ehtiyac olmayacaq. Fermerlər “AsanPay” sistemi vasitəsilə sığorta haqqını evdən və ya təsərrüfatdan çıxmadan mobil telefon vasitəsilə ödəyə biləcəklər.

Qaydaya görə, aqrar sığorta haqqını ödəmək üçün fermer “AsanPay” ödəniş sisteminə (www.asanpay.az) daxil olmalı, burada “Sığorta ödənişləri” bölməsini seçməlidir. Yeni açılan pəncərədə Aqrar Sığorta Fondunu seçərək öz FİN və ya VÖEN məlumatlarını daxil etmək lazımdır. Bu zaman ekranda fermerin ödəyəcəyi sığorta haqları görünəcək. Fermer «Ödə» düyməsini sıxaraq ödənişlərini həyata keçirə biləcək.

Aqrar sığorta haqlarının “AsanPay” vasitəsilə mobil telefonla ödənilməsi fermerlərin aqrar sığortaya əlçatanlığının artmasına, əkin sahələri və kənd təsərrüfatı heyvanlarının daha asan sığortalanmasına imkan verəcək. Bununla da Aqrar Sığorta Fondunun xidmətindən istifadə edən minlərlə fermerin risklərini qat-qat azaldacaq.

Xatırladaq ki, Azərbaycanda Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan aqrar sığorta xidmətləri dövlət dəstəklidir. Belə ki, əkin sahəsi və ya heyvanların sığortalanması zamanı sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət ödəyir.

Aqrar sığortanın əhatə dairəsi genişləndikcə, bu xidmətlərdən faydalanan fermerlərin sayı və sığorta ödənişləri də artmaqdadır.

2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 6,4 milyon manat zərər ödənişləri həyata keçirilib. 2025-ci ilin ilk 4 ayında isə həyata keçirilmiş zərər ödənişlərinin məbləği 3 milyon manatdan artıq olub.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:274
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri