Qeyri formal işləyən şəxslərin sığortahaqqı ödənişinə aydınlıq gətirilib
Icma.az bildirir, Azvision portalına istinadən.
Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər" mövzusunda keçirilən mətbuat konfransında dilə gətirib. O, "Tibbi sığorta haqqında" Qanunda edilən dəyişikliklər barədə məlumat verib:
"Dövlət 5 il ərzində sözügedən vətəndaşların tibbi xidmət xərclərini öz üzərinə götürüb. Növbəti mərhələdə nəzərdə tutulan məqsədyönlü maliyyələşmə modelinə keçid etməkdir".
Zaur Əliyevin sözlərinə görə, qanuna edilən dəyişikliklərdən biri də icbari tibbi sığorta sistemində sığortaolunan şəxslərin əhatə dairəsinin dəqiqləşdirilməsinə və qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin bu sistemdə iştirak mexanizminin tənzimlənməsinə yönəlib:
"Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə özləri ödəyici kimi çıxış edəcəklər, digər şəxslər üzrə isə sığortahaqqının ödənilməsi mexanizmi dəyişmir.
Rəsmi işləyənlər sığortahaqlarını maaşlarından ödəyir, qeyri-formal fəaliyyət göstərən şəxslərin də eyni prinsiplə iştirak etməsi ədalətli bölgünü təmin edir. Bu addım həm də sistemin maliyyə sabitliyini qoruyacaq".
İdarə Heyətinin sədri məlumat verib ki, sözügedən mexanizmin tətbiqi Nazirlər Kabinetinin müvafiq qaydası qüvvəyə mindikdən sonra mümkün olacaq:
"Bu səbəbdən qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin konkret siyahısı təsdiqlənənə qədər əvvəlki qaydada sığortadan istifadə edəcəklər".
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Qeyri formal məşğul şəxslərin icbari tibbi sığorta haqqını özləri ödəməsinə aydınlıq gətirilib
06 Noyabr 2025 14:05
Qeyri formal məşğul şəxslərin müəyyən edilməsi qaydası hazırlanacaq
29 Dekabr 2025 14:31
Ermənistan büdcəsi kreditlərin ödənişinə xərclənir
20 Yanvar 2026 11:13
Çətin həyat şəraitində olan şəxslərin necə müəyyənləşdirildiyinə aydınlıq gətirilib
25 Fevral 2025 12:40
Pensiyaların ödənişinə 7,2 milyard manat xərclənəcək
27 Dekabr 2024 13:53
Baxış sayı:64
Bu xəbər 27 Yanvar 2026 11:29 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları