Icma.az
close
up
RU
Aqrar sığorta meyvəçiliyi də himayə edir

Aqrar sığorta meyvəçiliyi də himayə edir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən müddətdə bu sahədə ödənişlər 18 dəfə çoxalıb

Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı və onlara edilən ödənişlərin məbləği getdikcə artır. Sığorta ödənişlərinin həcmində meyvə bağları daha çox üstünlük təşkil edir.

Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ildə meyvə bağlarında baş verən müxtəlif hadisələr nəticəsində dəyən zərərlər üzrə bağını sığorta etmiş fermerlərə, ümumilikdə, 721 min manat ödəniş edilib. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 18 dəfə artıqdır. Xatırladaq ki, 2023-cü ildə meyvə bağları üzrə, ümumilikdə 39 min manat sığorta ödənişi edilmişdi.

Ötən il fermerlərin aqrar sığorta barədə məlumatlılıq səviyyəsinin daha da yüksəlməsi, sığortalanan meyvə bağlarının sahəsinin genişlənməsi və təbiət hadisələrinin tezliyinin artması nəticəsində sığorta ödənişləri kəskin artımıb. İl ərzində meyvə bağları üzrə aqrar sığorta ödənişləri ölkənin bütün iqtisadi regionlarında həyata keçirilib. Ən çox sığorta ödənişləri üzüm, gilas, alma, badam, ərik, alça, armud, şaftalı, qoz, limon, naringi, nektarin, xurma və sair məhsullar üzrə həyata keçirilib.

Sığorta ödənişinə səbəb olan əsas hadisələr isə fırtına-qasırğa, dolu, şaxtavurma halları olub. Belə ki, 2024-cü ildə meyvaə bağlarına edilmiş sığorta ödənişlərindən 130 min manatı şaxtavurma hadisəsi üzrə həyata keçirilib. Hazırda müxtəlifı meyvə bağları və əkinlər üzrə sığortalanma prosesi davam edir. Xatırladaq ki, 2024-cü ildə aqrar sığorta mexanizmindən istifadə edən fermer və təsərrüfatlara müxtəlif hadisələr üzrə, ümumilikdə 6,4 milyon manat sığorta ödənişi edilib. Bu isə əvvəlki illə müqayisədə 2 milyon manat çoxdur.

Yeri gəlmişkən, ölkəmizdə meyvə bağlarının şaxtadan və digər risklərdən sığortası mövsümü başlayıb. Aqrar Sığorta Fondunun məlumatına görə, meyvə bağı olan fermerlər və təsərrüfat sahibləri aqrar sığorta vasitəsilə bağlarını çoxsaylı risklərdən sığorta edə bilərlər. Qeyd edək ki, aqrar sığorta əkin sahələrini, o cümlədən meyvə bağlarını 30-a yaxın riskdən qoruyur. Buraya şaxtavurma (donvurma), dolu, doludan keyfiyyət itkisi, fırtına, qasırğa, normadan artıq qar yağıntıları, sel-subasma, vəşhi heyvanların və quşların hücumu, leysan yağaşları və sair aiddir.

Fonddan o da bildirilib ki, fermerlər aqrar sığorta vasitəsilə bağdakı meyvələri, ağacları və tingləri sığorta edə bilərlər. Meyvə bağına bu hadisələr nəticəsində zərər dəydikdə 10 faizlik azadolma məbləği çıxılmaqla qalan ziyan fermerə ödənilir. Bağ sahibləri üçün aqrar sığortanın əsas üstünlüyü sığorta haqqına olan 50 faizlik dövlət dəstəyidir. Məlum olduğu kimi, meyvə bağı sığortasında sığorta haqqının tən yarısını fermerə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə, fermerlər cüzi ödənişlə bağlarını sığorta edə bilərlər. Məsələn, meyvə bağında 1000 manatlıq məhsulu sığortalamaq üçün sığorta haqqı şaftalı-nektarin üzrə 12,8 manatdan, ərik üzrə 11,2 manatdan başlayır. Gilas və albalı bağında 1000 manatlıq məhsulun sığortalanması üçün fermerin ödədiyi məbləğ 17-18 manatdan, xürmada 11 manatdan, alça və gavalı bağlarında isə 17,6 manatdan başlayır.

Bununla yanaşı, 1000 manatlıq alma və armud məhsulllarını sığorta etdirmək üçün 16,4 manat, heyva üçün 13 manat, hər 1000 manatlıq nar məhsulunun sığortası üçün isə cəmi 8,2 manat tələb olunur. Naringi-portağal bağlarında 1000 manatlıq meyvənin sığortası 12,9 manatdan, qoz-fındıq bağlarında isə 7-10 manatdan başlayır.

Göründüyü kimi, ölkədə meyvə bağlarının sığortası və baş verən hadisələrə görə sığopta ödənişlərinin həcmi ildən-ilə artır. Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatları isə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 çağrı mərkəzinə müraciət etməklə almaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri