Icma.az
close
up
RU
Aqrar Sığorta Fondu müstəqil aqrar sığorta ekspertliyinə namizədlər üçün sənəd qəbulu elan edir

Aqrar Sığorta Fondu müstəqil aqrar sığorta ekspertliyinə namizədlər üçün sənəd qəbulu elan edir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 aprel, AZƏRTAC

Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə başlayır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu 2025-ci ilin aprelin 21-dən mayın 31-dək həyata keçiriləcək.

Müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər 2025-ci il 16-22 iyun tarixlərində təşkil olunacaq.

Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında - Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil ediləcək.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir.

Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:

1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;

2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;

3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

İmtahanda aşağıdakı ixtisaslar üzrə ali, orta ixtisas və ya peşə təhsilli şəxslər iştirak edə bilərlər:

1-ci sertifikat növü (bitkiçilik) üzrə

Peşə təhsili üzrə ixtisaslar - üzüm ustası, tərəvəz ustası, meyvə-tərəvəz ustası, bitki mühafizəsi ustası, tütün ustası, maya göbələyi yetişdirən usta, gülbecərən usta, çaybecərən usta, efir yağlı bitkilər mütəxəssisi, çəltikçi, pambıqçı, baramaçı, bağban, yaşıl təsərrüfatı fəhləsi.

Orta ixtisas təhsili üzrə ixtisaslar - şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası, taxıl və taxıl məhsullarının texnologiyası, aqrar (fermer) təsərrüfatının təşkili, aqronomluq, aqroturizm, bağçılıq və tərəvəzçilik, hidromeliorasiya və torpaq mühafizəsi, istixana təsərrüfatı, meşə və park, pambıqçılıq, ipəkçilik.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar - biologiya, biotexnologiya, aqromühəndislik, aqronomluq, bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, coğrafiya, ekologiya, geologiya, qida mühəndisliyi.

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar - biologiya, coğrafiya, hidrometeorologiya, geologiya, ekologiya, qida məhsulları mühəndisliyi, torpaqşünaslıq və aqrokimya, aqronomluq, yer quruluşu, torpaq və şəhər kadastrı, aqromühəndislik, meşəçilik.

2-ci sertifikat növü (heyvandarlıq) üzrə

Peşə təhsili üzrə ixtisaslar - heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların mexanizatoru, elektrik montyoru, heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların operatoru, heyvanlarda süni mayalanma üzrə texnik, mexanikləşdirilmiş heyvandarlıq fermalarının və komplekslərin mexanizatoru və elektrik montyoru, maşınla sağım operatoru, quşçuluq fabriklərinin və mexanikləşdirilmiş fermaların operatoru, arıçı.

Orta ixtisas təhsili üzrə ixtisaslar - süd və süd məhsullarının texnologiyası, baytarlıq, zootexniklik.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar - baytarlıq təbabəti, zoomühəndislik.

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar - zootexniklik, baytarlıq.

3-cü sertifikat növü (akvakultura) üzrə

Orta ixtisas təhsili üzrə ixtisaslar - su bioehtiyatları və akvakultura, balıq və balıq məhsullarının texnologiyası.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar - balıqçılıq, su bioehtiyatları və akvakultura, biologiya.

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar - balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkiləri, biologiya.

Qeyd 1: Peşə təhsili olan namizədlərin namizədliyinin qeydə alınması üçün müvafiq sahə üzrə 5 (beş) ildən az olmayaraq iş təcrübəsinə malik olmaları tələb olunur.

Qeyd 2: Bu siyahıda qeyd edilmiş ixtisaslara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda həmin ixtisaslara aid bütün ixtisaslaşmalar daxildir.

Təlimdə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri Aqrar Sığorta Fonduna təqdim etməlidirlər:

1) şəxsiyyətini təsdiq edən sənədin surəti;

2) yuxarıda qeyd edilmiş ixtisaslardan hər hansı birinə malik olmasını təsdiq edən sənədin (diplom və ya onu əvəz edən sənəd) surəti;

3) peşə təhsilli namizədlərə münasibətdə müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;

4) xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;

5) ödəniş edilməsini təsdiq edən sənəd.

Təlimlər ödənişlidir və təlimdə iştirak haqqı 20,00 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Namizədlər aşağıdakı bank rekvizitləri vasitəsilə təlimdə iştirak üçün tələb olunan pul vəsaitini ödəyə bilərlər:

ASF VÖEN: 2006034771

Hesab: AZ90AIIB380600G9448721173256

KapitalBank ASC, Ağ ş. KOB m. f.

Kodu: 201683

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

SWİFT BİK: AIIBAZ2XXXX

Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün təlimdə iştirak mütləqdir və təlimi müvəffəqiyyətlə başa vurmayan şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanlarında iştirak edə bilməzlər.

Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və təqdim edilmiş sənədlər namizədlərin aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanlarına cəlb olunması üçün Aqrar Sığorta Fondu tərəfindən Dövlət İmtahan Mərkəzinə göndərilir.

Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, yuxarıda qeyd olunan sənədlərin surətini [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.

Təlimlərlə maraqlanan şəxslərə ilkin qeydiyyat üçün aşağıdakı linkə daxil olaraq müraciət anketində göstərilən suallar cavablandırmaq tövsiyə olunur.

Müraciət anketi

https://docs.google.com/forms/d/1XFlKBkP_h_88cNwKdKBaVsO6IXRqURwZxOQ3Kx1f9UM/edit

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see286

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see249

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see233

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see216

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see189

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see187

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see176

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see172

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see156

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see153

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see152

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see152

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see151

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see148

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see145

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see144

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see144

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see141

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see138

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri