Icma.az
close
up
RU
Aqrar sığorta yeni məhsulları əhatə edir

Aqrar sığorta yeni məhsulları əhatə edir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda dövlət tərəfindən dəstəklənən aqrar sığorta mexanizmi vasitəsilə bostan bitkilərinin, o cümlədən qarpız bitkisinin sığortalanması mövsümü başlayıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib. Bildirilib ki, artıq qarpız becərən fermer və təsərrüfatlar dövlətin güzəştli aqrar sığortası vasitəsilə öz əkin sahələrini çoxsaylı hadisələrdən sığortalaya bilərlər.

Xatırladaq ki, qarpız Azərbaycanda ən geniş sahədə əkilən bostan bitkilərindəndir. Hazırda ölkəmizdə 14 min 500 hektar sahədə qarpız becərilir. Qarpız sahələrinin böyük hissəsi – 5 min 660 hektarı və ya bütün sahələrin 40 faizi Mil Muğan regionunun payına düşür. Belə ki, təkcə Sabirabad rayonunda 3 min 500 hektar, Saatlıda isə 1600 hektar ərazidə qarpız becərilir. Bundan əlavə, Mərkəzi Aran, Qarabağ, Şəki-Zaqatala regionları, Naxçıvan Muxtar Respublikası və digər bölgələrin təsərrüfatlarında da geniş ərazilərdə qarpız yetişdirilir. Belə ki, bu faydalı bostan bitkisinin sahələri Kürdəmir rayonunda 1440 hektar, Bərdədə 1230 hektar, Ağcabədidə 1030 hektar, Salyanda 750 hektar və Zaqatalada 740 hektara çatır.

Qarpız bitkisinin məhsuldarlığı da kifayət qədər yüksəkdir. Elə 2024-cü ildə 1 hektar qarpız sahəsində məhsuldarlığın orta hesabla 280 sentner təşkil etməsi də bunu təsdiqləyir. Eyni zamanda, əkin sahələrinə, məhsudarlığına və qiymətinə görə qarpız bitkisi ölkənin ayrı-ayrı regionlarında fermerlərin gəlirlərinin əsas hissəsini təşkil edir.

Ölkədən ixrac olunan kənd təsərrüfatı məhsullarının xüsusi çəkisində də qarpızın payı olduqca yüksəkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə ölkədən xaricə 6,5 milyon dollarlıq 14 min ton, 2023-cü ildə 5,2 milyon dollarlıq 12,2 min ton, 2024-cü ildə isə 4,3 milyon dollarlıq 9 min ton qarpız ixrac edilib.

Yeri gəlmişkən, Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan aqrar sığorta mexanizmi qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, fırtına-qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir. Qarpız əkən fermerlər və təsərrüfat sahibləri bu bitkini baza sığorta zərfindən əlavə, ayrıca olaraq dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisi üzrə də sığorta edə bilərlər. Ümumilikdə isə, sığorta haqqının yarısının dövlət tərəfindən qarşılanması fermerlərə cüzi ödəniş etməklə qarpız sahələrini çoxsaylı risklərdən sığorta etmək imkanı qazandırır.

Aqrar Sığorta Fondunun məlumatına əsasən, qarpız təsərrüfatlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir. Daha doğrusu, bu tarif 2,17-5,12 faiz arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində isə sığorta tarifi 2,26 faiz təşkil edir. Qeyd etdiyimiz kimi, hesablanan sığorta haqqının 50 faizi fermerə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Bu hesabla Sabirabad rayonunda 1000 manatlıq qarpız bitkisinin sığortalanması fermerə cəmi 11,3 manata başa gəlir. Məhsuldarlığı 200 sentner, 1 sentnerin qiyməti 20 manat, yəni ümumilikdə, 4 min manatlıq məhsul gözlənilən qarpız sahəsinin baza zərfi üzrə sığortalanması isə ölkənin regionlarından asılı olaraq fermerlərə 43,4-102,4 manata başa gəlir.

Artıq ölkəmizdə qarpız sığortasından faydalanan, yəni bostanlarda baş vermiş hadisələrə görə ödəniş alan fermerlər də var. Belə ki, ötən il Aqrar Sığorta Fondu tərəfindən Samux rayonunda sel-subasma hadisəsi baş vermiş qarpız sahəsi üzrə fermerə 94 min 500 manat, Kürdəmir rayonunda isə dolu hadisəsi nəticəsində zərər çəkmiş qarpız sahəsi üzrə fermerə 12 min 966 manat ödəniş edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see375

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see324

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see265

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see264

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see258

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see247

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see240

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see223

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see207

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see202

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see193

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see192

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see190

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see187

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see181

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see177

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see172

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see171

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri