“Aqrar Universitetə 150 balla qəbul olunurlar, bizə savadlı kadr lazımdır”
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadr çatışmazlığı ciddi problem olaraq qalır. Mövcud vəziyyət dəyişməsə, bu problemi yaxın 5 ildə həll etmək mümkün olmayacaq.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
Deputat Dövlət Aqrar Universitetində bəzi ixtisaslar üzrə keçid ballarının aşağı olmasını tənqid edib.
“Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində ən azı üç ixtisas üzrə keçid balı 600-dən yuxarıdır. Amma gəlin baxaq, Gəncədəki Dövlət Aqrar Universitetində bizə lazım olan mütəxəssislər yetişirmi? Aqromühəndislik ixtisasının keçid balı 177,2, su bioehtiyatları və akvakultura üzrə 151,5, baytarlıq üzrə 153,4, bitki mühafizəsi üzrə isə 178,1 baldır. Belə aşağı ballarla qəbul olunan tələbələrlə bu sahədə köklü dəyişikliklərin aparılacağını düşünmürəm”, – deyə o bildirib.
Qüdrət Həsənquliyev vurğulayıb ki, universitetdə ciddi islahatlar aparılmasa, kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatını ödəmək mümkün olmayacaq.
Onun sözlərinə görə, hazırda aqroparklar və iri heyvandarlıq kompleksləri yerli mütəxəssis çatışmazlığı səbəbindən xaricdən, xüsusilə Türkiyədən kadrların gətirilməsini istəyirlər.
“Mən şəxsən maraqlanmışam. Aqroparkların, heyvandarlıq komplekslərinin əksəriyyətində yüksək ixtisaslı mütəxəssislərin, xüsusilə Türkiyədən kadrların gətirilməsini tələb edirlər. Bizə savadlı mütəxəssis lazımdır”, – deyə deputat qeyd edib.
O, aqrar sahədə mütəxəssis hazırlığı məsələsinin Nazirlər Kabineti səviyyəsində müzakirə olunmasının vacibliyini də diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Noyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















