Icma.az
close
up
RU
Aqrar Xidmətlər Agentliyi tender kralından İT avadanlıqları alır

Aqrar Xidmətlər Agentliyi tender kralından İT avadanlıqları alır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyi İT avadanlıqlarının alınması və quraşdırılmasına 110 min manat xərcləyəcək.

Pravda.az-ın xəbərinə görə, Agentlik bu məqsədlə "Caspian Supplies AZE" MMC ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki mərkəzlər üçün İT (informasiya texnologiyaları) avadanlıqlarının alınması və quraşdırılmasının satın alınmasına görə (10 noutbuk, 10 AİO, 1 lisenziya, 3 ip telefon, 2 media konvertor, 2 dvr (kamera üçün avadanlıq)) MMC-yə 110 min AZN ödəniləcək.

Qeyd: Aqrar Xidmət Agentliyinin sədri Sərdar Fəxrəddin oğlu Hacıyevdir. Nizamnamə kapitalı 10 AZN olan "Caspian Supplies AZE" MMC-nin qanuni təmsilçisi isə Tariyel Tofiq oğlu Vahabovdur. Şirkət bir sıra dövlət qurumlarının elan etdiyi tenderlərin qalibi olub. 

Cabir Həsənov

seeBaxış sayı:24
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri