Icma.az
close
up
RU
Paşinyan sülh sazişinin imzalanması yolunda prinsipial mövqe sərgiləyir POLİTOLOQ FİKRİ

Paşinyan sülh sazişinin imzalanması yolunda prinsipial mövqe sərgiləyir POLİTOLOQ FİKRİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

" Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda zəif olsa da, müəyyən müsbət dinamika mövcuddur. Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsində ciddi irəliləyiş gözlənilmir, çünki Baş nazir Paşinyan əmin deyil ki, bu məsələ üzrə referenduma çıxarıldıqda əhalidən kifayət qədər səs toplaya biləcək. Lakin Paşinyan özü sülh sazişinin imzalanması və problemin bu yolla həll olunması baxımından prinsipial mövqe sərgiləyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, Ermənistanın Xarici İşlər Nazirinin bəyanatlarında da bu yanaşmanın izləri görünməkdədir: "O bildirib ki, Ermənistan gələcəkdə Azərbaycanla ticarət əlaqələri qurmağa və iqtisadi münasibətlərə başlamağa hazırdır. Bu, onu göstərir ki, Ermənistan tərəfi sülhə istiqamətlənmiş mövqe nümayiş etdirir. Hökumət səviyyəsində müharibə ehtimalı barədə düşüncələr yoxdur. Çünki Ermənistan rəhbərliyi Azərbaycanın hərbi potensialını və müharibə aparmaq qabiliyyətini anlayır.

Bununla yanaşı, Ermənistanda revanşist qüvvələrin mövcudluğu da inkar edilə bilməz və məhz bu qüvvələr Paşinyanın daha cəsarətli addımlar atmasına əngəl yaradır. Paşinyan ictimai rəylə hesablaşmağa məcburdur və bu kontekstdə revanşist dairələrin təsiri yetərincə güclüdür, hətta bu qüvvələr marjinal sayıla bilməz. Mən hesab edirəm ki, əgər Paşinyan əmin olsa ki, əhalidən əzici səs çoxluğu ilə dəstək ala bilər, o zaman növbədənkənar seçkilərə gedər və siyasi kursunu möhkəmləndirməyə çalışar. Lakin onun bu addımı atmaması, həmin dəstəyi tam əminliklə görmədiyini göstərir".

Həmçinin politoloq qeyd edib ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin statusunu ratifikasiya etdi: "Bunu əsasən ona görə etdi ki, ona ciddi şəkildə təlqin olunurdu: guya Azərbaycan hücum etməyə hazırlaşır. İndiyə qədər də Ermənistana bu şəkildə yalan məlumatlar ötürülür – yəni, Azərbaycan guya hərbi hücuma hazırlaşır. Məhz bu səbəbdən Ermənistan da silahlanır. Onların silahlanması isə bu dəfə Azərbaycan üçün problem yaradır və sülh danışıqlarına mənfi təsir göstərir.

Nəticə olaraq demək olar ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Lakin eyni zamanda Ermənistandakı siyasi qüvvələr arasında birliyin olmadığı da müşahidə olunur.

Azərbaycanla bağlı Qarabağ məsələsində Ermənistanda revanşist ritorikanın güclənməsi əsasən Paşinyan hakimiyyətinə qarşı siyasi mübarizə vasitəsi kimi istifadə olunur. Müxalif qüvvələrin əksəriyyəti bu mövzunu daxili siyasi məqsədlərlə gündəmdə saxlayır. Bununla belə, nəzərə almaq lazımdır ki, həmin qüvvələr hakimiyyətə gəlsələr belə, real hərbi qarşıdurmaya getmək ehtimalları olduqca aşağıdır. Çünki onlar da Ermənistanın hərbi və geosiyasi baxımdan zəif durumda olduğunu bilirlər. Lakin əlverişli geosiyasi və hərbi şərait yarandığı təqdirdə, revanşist meyllərin yenidən fəallaşması mümkündür.

Azərbaycanın 2020-ci və 2023-cü illərdə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ələ keçirdiyi strateji yüksəkliklər və mövqelər ölkənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirib. Bu mövqelər işğaldan azad olunmuş ərazilərdə yerləşdiyi üçün Azərbaycanın öz suveren ərazilərində möhkəmlənməsi beynəlxalq hüquq baxımından da əsaslıdır. Hazırkı şəraitdə Ermənistanın hərbi hücumlarının uğurla nəticələnməsi üçün real əsaslar yoxdur, çünki Azərbaycan Ordusunun həm texniki, həm də taktiki üstünlükləri aydındır.

Digər tərəfdən, Ermənistanın pilotsuz uçuş aparatları (PUA) sahəsində texnoloji imkanlarını genişləndirmək istəyi müşahidə olunur. Bu, qlobal miqyasda, xüsusilə də Ukrayna müharibəsində dron texnologiyalarının artan rolu ilə əlaqədardır. Bu şəraitdə Azərbaycan da müdafiə strategiyasını daim yeniləməli və hərbi texnologiyalar sahəsində üstünlüyünü qoruyub saxlamalıdır.

Bu il Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalı aşağıdır. Bunun əsas səbəblərindən biri Azərbaycanın irəli sürdüyü mühüm şərtlərdən birinin – Ermənistan Konstitusiyasının dəyişdirilməsinin hələ də həyata keçirilməməsidir. Azərbaycan hesab edir ki, Ermənistan Konstitusiyasında ərazi iddialarına əsas verən müddəaların mövcudluğu iki ölkə arasında uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasına maneə yaradır"- deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri