Icma.az
close
up
RU
Unikal xüsusi əməliyyat: UTX üçüncü dəfə Krım körpüsünü vurdu

Unikal xüsusi əməliyyat: UTX üçüncü dəfə Krım körpüsünü vurdu

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) sualtı partlayışla Krım körpüsünü zədələyib. Hazırda körpü qəza vəziyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə UTX rəsmi məlumat yayıb.

Bildirilir ki, bu xüsusi əməliyyat bir neçə ay davam edib. UTX agentləri Rusiya tərəfindən qeyri-qanuni tikilmiş keçidin dayaqlarını minalayıb. Nəticədə bu gün, 3 iyun tarixində, səhər saat 4:44-də mülki əhali arasında itki olmadan ilk partlayıcı qurğu işə salınıb.

UTX-nun məlumatına görə, körpünün dəniz dibindəki dayaqları güclü şəkildə zədələnib. Bu isə 1100 kiloqram trotil ekvivalentində olan partlayıcı maddənin təsiri ilə mümkün olub. Əməliyyatdan sonra körpü faktiki olaraq istifadə üçün yararsız vəziyyətə düşüb.

UTX rəhbəri, general-leytenant Vasili Malyuk əməliyyatı şəxsən nəzarətdə saxlayıb və planlaşdırılmasını koordinasiya edib.

UTX rəhbəri: "Tanrı üçlüyü sevir, UTX isə başladığını sona çatdırır və heç vaxt təkrarlanmır. 2022 və 2023-cü illərdə Krım körpüsünə iki dəfə zərbə vurmuşduq. Bu gün isə bu ənənəni sualtı hücumla davam etdirdik. Rusiya Federasiyasının qeyri-qanuni obyektlərinə ölkəmizin ərazisində yer yoxdur. Krım körpüsü tamamilə qanuni bir hədəfdir, xüsusilə düşmənin onu hərbi təchizat üçün əsas logistika arteriyası kimi istifadə etdiyini nəzərə alsaq. Krım – Ukraynadır və işğalın hər cür təzahürü sərt cavab alacaq", - deyə bildirib.

Ukrayna mətbuatının yazdığına görə, Krımın işğalından sonra ruslar qeyri-qanuni olaraq Kerç körpüsünü tikiblər. Bu körpü Kerç və Taman yarımadalarını Tuzla adası və Tuzla burunu vasitəsilə birləşdirir. Tammiqyaslı müharibə dövründə körpü iki dəfə hücuma məruz qalıb. İlk dəfə 8 oktyabr 2022-ci ildə baş verən partlayış nəticəsində avtomobil hissəsinin iki aşırımı çöküb, dəmir yolu hissəsində isə böyük yanğın baş verib. İkinci hücum isə 17 iyul 2023-cü ildə dəniz dronları vasitəsilə həyata keçirilib və nəticədə körpünün bir avtomobil hissəsi dağıdılıb.

Bununla belə, işğalçılar körpünü müəyyən dərəcədə bərpa etməyə nail olublar. Bir sıra hərbi ekspertlər dəfələrlə körpünün tamamilə məhv edilməsinin vacibliyini vurğulayıblar. Məsələn, ehtiyatda olan polkovnik, pilot-instruktor Roman Svitan qeyd edib ki, bu keçid işğalçıların istifadə etdiyi vacib logistika zəncirinin bir hissəsidir. Onlar bu körpü vasitəsilə silah və ehtiyatları Krım və müvəqqəti işğal olunmuş Xerson və Zaporojye vilayətlərinə çatdırırlar. Bu logistika marşrutu Rusiya Federasiyasının Krasnodar vilayətindən başlayaraq Taman, Kerç və digər ərazilərdən keçir.

Yaxınlarda Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitro Pletençuk bildirmişdi ki, Rusiya işğalçıları Krımda kurort mövsümünü başladığı üçün körpüyə düşən yük artmaqdadır. Vaxtaşırı ruslar körpüdə yoxlamalar aparır və hansısa mülki şəxsdə “şübhəli nəsə” aşkar etdikdə, hərəkət tamamilə dayandırılır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri