Icma.az
close
up
RU
Komendat pulları hansı hallarda yığıla bilər? REPORTAJ

Komendat pulları hansı hallarda yığıla bilər? REPORTAJ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Ölkədə MTK-lar qanun nəzarətsizliyindən istifadə edərək komendant pulu yığırlar. Lakin komendatların binaların sakinlərə təhvil verilməsində heç bir maraqları yoxdur. Komendantlar yaşayış binalarında istədikləri tarifləri təyin edərək vətəndaşlardan pul vəsaiti tələb edirlər. Sakinlər komendant pulunu ödəmədiyi halda isə liftdən və digər istifadə etdikləri əlaqələri məhdudlaşdırırlar. Bəs bu kimi hallar qanunla necə tənzimlənir? SİA bu barədə reportaj edib.

Mövzu ilə bağlı əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, Azərbaycanda çoxmənzilli binaların idarə olunması mənzil məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir: "Təəssüflər olsun ki, bu kimi qaydalara tikinti şirkətləri əməl etmirlər. Baxmayaraq ki, tikinti yerində inşaat işi bitəndən sonra MTK-lar müştərək cəmiyyətlərə çevrilmir. Yəni vətəndaşların bu sahədə məlumatlandırılması və təbliğatı az aparıldığına görə, onlara qarşı bu kimi hallar istifadə olunur.

Ölkədə 2200-ə yaxın çoxmənzilli bina var ki, bundan yalnız 200-ə yaxın bina müştərək cəmiyyətə çevrilib və qanuna qismən uyğun tənzimlənir. Digər binaların hamısında təəssüflər olsun ki, illər boyu uzanır. Tikinti şirkətləri öz işlərini bitirdikdən sonra oraya öz şəxslərini təyin edirlər. Bu şəxslər isə, yəni komendantlar öz maraqlarına uyğun olaraq hərəkət edirlər. Bu sahədə komendant özbaşınalığı demək olar ki, ölkədə 90-95% hökm sürür.

Vətəndaşlar bilməlidirlər ki, çoxmənzilli binaların idarə olunması bir-başa qanunla tənzimlənir və onların öz öhdəsindən irəli gəlir. Binalar istismara verildikdən sonra, vətəndaşlar toplanaraq Ədliyyə Nazirliyinə müraciət etməlidirlər. Müştərək cəmiyyəti yaratmalıdırlar və daha sonra onun üç idarəetmə üsulundan birini seçməlidirlər".

Komendatların bu qanunsuz hərəkətləri vətəndaşlarında narazılığına səbəb olur. Komendat pulu verdikləri halda təmiz şəraitdən istifadə edə bilmirlər.

Şəhər sakini Nərminə Cəfərova: "İndi ki halda MTK-ların bəziləri demək olar ki, ləğv olunur. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır. Bu hal mənzil mülkiyyətçilərinin əlavə yığılan pulun qarşısını almaq üçün çox yaxşı vasitədir. Həmin binalarda yaşayan sakinlərdən lazım olan pullar yığılmalıdır. Lakin MTK-lar bunu nəzərə almırlar".

Şəhər sakini Ayşən Məmmədova: "Mən komendant pulundan razı olmadığımı desəm belə, bir şey dəyişmir. Onsuzda komendant pulu yığılır. Lakin verdiyimiz pulun müqabilində təmizlik işlərini düzgün yerinə yetirsələr yaxşı olar. Lift qırılır, lakin onu düzəltdirmirlər".

Şəhər sakini Yusif Cəfərov: "Mən komendant pulu yığılmasından razı deyiləm. Yığılan pullar mənzil sahibləri üçün yaradılan ictimai quruma verilməlidir. Çünki onlar bütün problemləri həll edə bilərlər. Artıq pullar yığılır və səmərəsi çox azdır. Həmçinin o pullarda şəffaflıq yoxdur".

Həmçinin məsələ ilə bağlı hüquqşunas Ramil Hüseynov qeyd edib ki, çoxmənzilli yaşayış binalarında mülkiyyətçilərlə (payçılar və ya sakinlərlə) bina idarəediciləri (MTK-lar və ya digər idarəedici qurumlar) arasında binanın ümumi istifadədə olan sahələrinin saxlanılması və idarə olunmasına dair münasibətlər, tərəflər arasında bağlanmış müvafiq müqavilə əsasında tənzimlənir: "Bu münasibətlər çərçivəsində göstərilən xidmətlər – ərazinin təmizliyi, giriş bloklarının və liftlərin təmizliyi, texniki sistemlərin işlək vəziyyətdə saxlanması və digər oxşar xidmətlər – ümumi xidmət haqqı (el arasında "komendant pulu" kimi tanınan) vasitəsilə maliyyələşdirilir.

Qeyd olunan xidmətlərə görə ödənilən məbləğ, tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilən şərtlərə əsasən hesablanır. Müqavilə şərtlərində yaşayış sahəsinin təmir vəziyyəti və həmin mənzilin daimi yaşayış yeri kimi istifadə edilib-edilmədiyi kimi meyarlar nəzərə alınaraq, xidmət haqqına güzəştlər və ya fərqləndirici yanaşmalar tətbiq oluna bilər.

Mövcud vəziyyətdə bu xidmət haqqı və onun məbləği xüsusi bir qanunla birbaşa tənzimlənmədiyindən, əsas hüquqi baza mülki hüquq prinsiplərinə və tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış müqaviləyə əsaslanır".

Komendat pulu qanunla tənzimlənən prosesdir. Vətəndaşlar bu sahədə ayıq olmalı və artıq pul verməməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:606
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri