Icma.az
close
up
RU
Aqressiv qida: həyat enerjisindən məhrum yeməklər Niyə ev yeməyi bizə dadsız gəlir?

Aqressiv qida: həyat enerjisindən məhrum yeməklər Niyə ev yeməyi bizə dadsız gəlir?

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qida insan üçün enerji mənbəyidir. İnsan yaşamaq üçün yeyir.

Qəbul edilən qida günəş enerjisi, vitamin, makro və mikronutriyentlərlə zəngin olmalıdır ki, hər bir hüceyrə kifayət qədər qidalı maddə alıb, normal fəaliyyət göstərsin, əks təqdirdə hüceyrə tədricən məhv olacaq və bu proses bütün orqanizm səviyyəsində getdiyindən zamanla müxtəlif xəstəliklərə səbəb olur.

Aqressiv qidanın yaranması və yayılmasına təkanverici faktorlardan biri insanın daha dadlı, cəzbedici qidaya üstünlük verməsi, digər amil yer üzündə əhalinin artmasıdır. Bu səbəblər işbazları yeni qida mənbələrinin axtarışına təhrik edir. Keyfiyyətsiz məhsullardan ucuz alınan qidalar vətəndaşların ərzaq səbətinin az qala 70% ni zəbt edib. Nəzərə alsaq ki, indi təbii sayılan məhsulların da heç də hamısı faydalı deyil, bu gün qidanın hansı fəsadlar törətdiyini ehtimal etmək çətin deyil.

Medicina.az dietoloq-nutrisioloq Amaliya Rəhimovanın aqressiv qidanın yaratdığı fəsadlar barədə fikirlərini təqdim edir:

"Aqressiv qidalar çoxpilləli emal sobasından keçdiyindən həyat enerjisindən məhrumdur. Bu qida növləri ucuz və zərərli xammaldan hazırlandığından onların tərkibinə insan orqanizminə yad və toksiki təsir göstərən maddələr əlavə olunur.

Hazırda əsas toksin mənbələrindən biri - tullantı qida və içkilərin qablaşdırıldığı plastik taradır. Plastikin tərkibində olan ftalatlar və bisfenol endokrin, sinir, reproduktiv, immun sisteminə mənfi təsir edərək, şəkərli diabet, ürək-damar, onkoloji xəstəliklərə yol açır. Bisfenol strukturuna görə qadın cinsi hormonun sintetik analoqudur. Bu maddə hətta körpələri qidalandıran plastik butulların tərkibində var.

Daim su və qidaya sızaraq aşağıdakı problemləri yarada bilir:

- Süd vəz və prostat xərçəngi

- Erkən cinsi yetişkənlik

- Sonsuzluq

- Piylənmə

- Diabet

- Hiperaktivlik

- İmmun pozuntular

Avropada artıq istehsalçılar uşaq yeməyi üçün istifadə olunan qabların istehsalında plastikdən imtina edirlər.
Aqressiv qidalar sırasına transyağlar da daxildir. Sintetik yolla alınmış bu yağ gündəlik istifadə edilən ərzaqlara daxil olunub: marqarinlər, rafinə olunmuş bitki yağları, un məmulatları, şirniyyatlar, ketçup, mayonez, fast food, çipsi və s.
Transyağlar yuxarı və aşağı sıxlıqlı lipoproteinlərin mütənasivliyini dəyişərək ürək-damar xəstəlikləri, hormonal pozğunluqlar yaradır.
Bütün ərzaq məhsullarına sirayət etmiş toksinlər olan kimyəvi qida əlavələrinə rəngvericilər, konservantlar, qatılaşdırıcılar, dad gücləndirici, şirinləşdiricilər və s. aiddir.

Bu maddələrin çoxu asılılıq yaradaraq, leqal narkotik adlandırılıb: məhz o maddələrdir ki, uşaqları asi su və çay əvəzinə şirin və rəngli içkilərə, ev yeməyi əvəzinə sosis-kolbasa-dönərə, təbii şirniyyatlardansa keks-konfet və pirojnalara meyilləndirir. Belə qidalanan uşaq orqanizmi öz enerji resursları hesabına böyüsə də, sağlam olmur. Geniş yayılmış uşaq aqressiyası, hiperaktivlik, allergiyalar birmənalı olaraq qida ilə bağlıdır.

Çox yayılmış qida əlavəsindən biri də E-621 olan natrium-qlutamatdır. Süni qlutamat dil üzərindəki dad reseptorlarını atrofiyaya uğradaraq, təbii dadın qəbulunu və beyinə ötürülməsini blok edir və artıq qlutamatsız qida insana dadsız, ətirsiz gəlir. Ona görə uşaq və yeniyetmələr ev yeməyini könülsüz yeyir, hazır, qablaşmış yeməklərə can atir. Ərzaq məhsulunun tərkibində qlutanatın çox olması sinir sistemini qıcıqlandıraraq hiperaktivlik yaradır, hormonal balansl pozur, piylənmə, allergik reaksiya, DNTdə pozulmalara səbəb olur. Marketlərdə satılan və gündəlik istifadə olunan məhsullar sırasında əlavəsiz ərzaq yoxdur, belə qidalardan müntəzəm istifadə etmək səhhətiniz üçün ağır fəsadlar yaradacaq. Bu ərzaqların hamısının təbii alternativləri var, sadəcə bir az əziyyətə qatlaşıb qidaları düzgün seçmək lazımdır".

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri