Icma.az
close
up
RU
Niyə hər şeyə aqressiv yanaşırıq? AÇIQLAMA

Niyə hər şeyə aqressiv yanaşırıq? AÇIQLAMA

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə cəmiyyətdə artan aqressiya, xüsusilə də yeniyetmələr arasında zorakılıq halları ilə özünü daha qabarıq göstərir. Zorakılığın bu qədər geniş yayılması təkcə fərdi aqressiyanın deyil, ümumilikdə cəmiyyətin sosial-psixoloji durumunun göstəricisidir.

Bəs bu aqressiyanın kökündə nə dayanır?

Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən sosioloq Elçin Bayramlı bildirib ki, son vaxtlar ictimai yerlərdə aqressivlik halları hədsiz dərəcədə artıb. Artıq məktəblilər arasında belə dava-dalaşlar müşahidə olunur. Onun sözlərinə görə, bu aqressiyanın dərin köklü səbəbləri var:

"Yoxsulluq, işsizlik, evsizlik insanlarda böyük stress yaradır. Belə olan halda isə aqressiya, kin, nifrət daha da qabarıq şəkildə üzə çıxır. Son dövrlər eqoist, özünü başqalarından üstün tutan insanlara daha çox rast gəlirik".

Sosioloq qeyd edib ki, pis vərdişlər və qida rasionu da aqressiyaya səbəb olur:

"Narkomaniya, alkoqol asılılığı insanları gərgin vəziyyətlərə salır. Bundan başqa, istifadə etdiyimiz süni və kimyəvi tərkibli qidalar da aqressiv psixologiyanın formalaşmasına təsir edir".

E.Bayramlı mobil telefonların və sosial medianın aqressiya üzərində təsirini də vurğulayıb:

"Mobil telefonlar həyatımızın ayrılmaz parçasına çevrilsə də, əsəb sistemimizə ciddi mənfi təsir göstərir. Sosial şəbəkədə gördüyümüz hər bir video, şəkil və məlumat şüuraltımıza təsir edir. Məsələn, 8 Mart ərəfəsində sosial mediada bahalı hədiyyələr alan insanları görən bəzi qadınlar evlərində münaqişələr yaradır. Səbəb isə "niyə filankəsə alınıb, mənə yox?" düşüncəsidir".

Sosioloq hesab edir ki, insanların bir-birinə dözümsüz yanaşmasının əsas səbəblərindən biri sevgisizlikdir:

"Tez-tez görürük ki, yeni ailələr boşanır, qohumlar mal-mülk üstündə bir-birinə düşmən kəsilir. Bütün bunlar mənəvi deqradasiyanın, psixoloji yüklənmənin və sosial-iqtisadi problemlərin nəticəsidir".

Elçin Bayramlı: İnsanların bir-birinə dözümsüz yanaşmasının əsas səbəblərindən biri sevgisizlikdir

E.Bayramlı əlavə edib ki, illərlə istirahətsiz işləmək insanlarda daha çox qəzəb yaradır:

"Evdə, işdə, tıxacda yaranan əsəb illərlə yığılır və hansısa mənasız bir hadisə zamanı partlayır. Bunun qarşısını almaq üçün ictimai məsələlər düzgün tənzimlənməli, insanlar normal iş, mənzil və yaşayış şəraiti ilə təmin olunmalıdır. Uşaqların təhsilinə daha çox önəm verilməli, onların asudə vaxtları idman və yaradıcılıq kimi faydalı fəaliyyətlərlə doldurulmalıdır".

Ekspertin sözlərinə görə, cəmiyyətdəki aqressiyanın həlli üçün dövlət müəyyən qabaqlayıcı tədbirlər görməlidir:

"Bu problemin həlli üçün xüsusi dövlət proqramları həyata keçirilməlidir. İnsanların hüquqları tam şəkildə qorunduqda cəmiyyətdə zorakılıq və aqressiya halları minimuma enəcək".

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Mart 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see396

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see255

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see241

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see227

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see225

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see214

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see206

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see203

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see203

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see202

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see202

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see200

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see199

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see196

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see194

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see193

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see191

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see186

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see181

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri