Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Aqroparklar kənd təsərrüfatında yeni dövrün başlanğıcı olacaq

Aqroparklar kənd təsərrüfatında yeni dövrün başlanğıcı olacaq

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi  

İqtisadiyyatın dayanıqlı inkişafında sahibkarlığın əhəmiyyətinə önəm verən Azərbaycan dövləti bu istiqamətdə hüquqi prosedurların icrasını sürətləndirir. Bu günlərdə hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınması üçün tələb olunan investisiyanın minimal həddi müəyyənləşib. Bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq qərar imzalayıb. Qərara əsasən, bu hədd ərizəçi tərəfindən aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim edilən investisiya layihəsinin (biznes planının) qiymətləndirilməsi ilə bağlı aqroparkda qoyulacaq investisiyanın həcminin minimal həddini müəyyən edəcək. Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün tələb olunan investisiyanın minimal həddi kənd təsərrüfatı məhsullarının istehsalı üzrə: birillik əkinlər və yem bitkiləri, o cümlədən tərəvəzçilik təsərrüfatı üçün – hər hektara görə 5000 (beş min) manat, tingçilik təsərrüfatı – hər hektara görə 140 000 (yüz qırx min) manat, çoxillik əkmələr (o cümlədən sosial bağçılıq) üçün – hər hektara görə 15 000 (on beş min) manat, örtülü sahələr (istixanalar) üçün – hər hektara görə 900 000 (doqquz yüz min) manat, innovativ bitkiçilik üçün – hər hektara görə 100 000 (yüz min) manat, südlük istiqamətli müasir iribuynuzl u heyvandarlıq kompleksi üçün – 4 000 000 (dörd milyon) manat, ətlik istiqamətli müasir iribuynuzlu heyvandarlıq kompleksi üçün – 3 000 000 (üç milyon) manat, müasir xırdabuynuzlu heyvandarlıq kompleksi üçün – 2 000 000 (iki milyon) manat, müasir quşçuluq təsərrüfatı üçün 2 500 000 (iki milyon beş yüz min) manat, müasir balıqyetişdirmə təsərrüfatı üçün 500 000 (beş yüz min) manat müəyyənləşib. Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün – dövlət aqroparkına münasibətdə 300 000 (üç yüz min) manat, özəl aqroparka münasibətdə 5 000 000 (beş milyon) manatdır. Qeyd edilir ki, hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim etdikləri investisiya layihəsi (biznes plan) üzrə aqroparkda qoyulacaq investisiyanın həcmi müvafiq istiqamətlər üzrə müəyyən edilmiş minimal həddə uyğun olmalıdır. Bu qərar sentyabrın 26-da qəbul edilib, noyabrın 20-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, noyabrın 21-də qüvvəyə minib. 

Həmçinin, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı müvafiq qərarla “Aqroparkların, habelə onların rezidentlərinin reyestrinin aparılması Qaydası” da təsdiq edilib. Bu Qayda aqroparkların, habelə onların rezidentlərinin reyestrinin aparılması qaydasını müəyyən edir. Qərara əsasən, aqroparkların, habelə onların rezidentlərinin reyestrinin (bundan sonra – Reyestr) yaradılması, aparılması və Reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsi idarəedici təşkilat tərəfindən həyata keçirilir. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir. Reyestr təqvim illərinə əsasən və hər aqropark, habelə onun rezidenti üzrə ayrıca aparılır. Aqroparkın qeydiyyatı və onun rezidentinin qeydiyyat şəhadətnaməsi ləğv edildikdə onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir. Ləğv edilmiş aqropark barədə məlumatlar Reyestrdən çıxarılır. Qeydiyyatı ləğv edilmiş aqropark və onun rezidenti barədə məlumatlar Reyestrdə “Aktiv olmayan aqroparklar və rezidentlər” bölməsində göstərilir. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə özəl aqroparkın qeydiyyatı ilə bağlı təklif təqdim edən sahibkarlıq subyektləri, habelə aqroparkın rezidentləri tərəfindən bu barədə idarəedici təşkilata 10 (on) iş günü müddətində məlumat verilməlidir. Məlumat daxil olduqdan, habelə dövlət aqroparkı barədə Reyestrə daxil edilən məlumatlarda dəyişiklik baş verdikdən sonrakı 5 (beş) iş günündən gec olmayaraq idarəedici təşkilat tərəfindən müvafiq dəyişikliklər Reyestrə daxil edilir. 

Müvafiq qərarların sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsirini qeyd edən iqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, hazırda ölkə ərazisində aqroparkların sayı getdikcə artır: 

- Məsələn, Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. İqtisadiyyat nazirinin 25 avqust 2020-ci il tarixli F-117 nömrəli əmrinə əsasən "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" layihəsi çərçivəsində Yevlax rayonu ərazisində pilot aqroparkın yaradılması ilə əlaqədar işlərə başlanılıb və aqroparkın açılışı 2021-ci ildə baş tutub. Yevlax Pilot Aqroparkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən bir çox stimullaşadırıcı tədbirlər görülür və bu işlər mütəmadi olaraq davam etdirilir. Dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və “vahid pəncərə” sisteminin tətbiq edilməsi nəzərdə tutulub. Pilot aqroparkda müasir aqrar-sənaye kompleksinin yaradılması klaster fəaliyyətinin qurulması hesabına həyata keçiriləcək. Aqroparkın ümumi ərazisi 2807 hektar təşkil edir, bunun da 1185 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1028 hektarını heyvanların yem təminatı sahəsi, 141 hektarını isə sənaye zonası təşkil edəcək. Pilot aqroparkın 1185 hektarlıq sahəsi 20 hektarlıq parsellərə bölünməklə fermerlərin uzunmüddətli istifadəsinə veriləcək. Bu günə qədər 2348 hektar ərazi üzrə sahibkarlarla icarə müqavilələri bağlanıb. Bundan başqa aqroparkın sənaye zonası üçün nəzərdə tutulmuş 141 hektar ərazisinin 8 hektarında sosial zonanın, 45 hektarında 3000 başlıq ətlik heyvandarlıq kompleksinin, 11.8 hektarında illik istehsal gücü 20 milyon ədəd damazlıq yumurta olan quşçuluq təsərrüfatının və digər sahələrində isə emal müəssisələrinin və istehsal sahələrinin yaradılması planlaşdırılır. Aqropark ərazisində əkin sahələrində məhsuldarlığın yüksəldilməsi və səmərəliliyin artırılması üçün ağıllı idarəetmə sisteminin tətbiqi, aqronom və biznes-konsaltinq xidmətlərin təşkili planlaşdırılır. İstehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstərilir. Aqroparkın yaradılmasında məqsəd nədir, təbii ki, əsas məqsəd aqrar sahədə inkişafın sürətləndirilməsidir. Həmçinin kənd təsərrüfatı məhsullarına olan tələbatın ödənilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixracyönümlü məhsulların istehsalının artırılması, eləcə də əsas məqsədlərdən biri əlbəttə ki, kiçik və orta sahibkarlığın inkişafının sürətləndirilməsidir. Ümumi məlumatlara baxsaq, ölkə üzrə bu günə qədər 58.6 min hektar ərazidə 22 aqropark fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1.2 milyard manat təşkil edir. Bununla yanaşı, aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 147 milyon manat dövlət dəstəyi göstərilib. İndiyə qədər 14 aqroparkın yaradılmasına nazirlik yanında Sahibkarlığın İnkişafı Fondu 131 milyon manat güzəştli kredit ayırıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 18 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16.1 milyon manat güzəşt əldə ediblər. Ölkə Prezidentinin 21 dekabr 2021-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq aqroparkların reyestrinin aparılması, orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanıb. Bununla əlaqədar 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb. Həmin aqroparklarda ümumilikdə 5 000 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Hazırda aqroparklarda 2 660 nəfər daimi, 4 300 nəfər isə mövsümi işlərə cəlb edilib. Gələcəkdə əlavə 2 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bütün bunlar kiçik və orta sahibkarlığın inkişafını və iqtisadi dayanıqlığı təmin edən amillərdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:413
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri