Icma.az
close
up
RU
Menu

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

Qarpız zəhərlənməsi: “Bu il...”

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

Rubrika: Tibbdə yenilik

Zamanı aşan nəğmələr: Vasif Adıgözəlovun ölməz musiqi dünyası

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

Ebola epidemiyası bitdi

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər… KONKRET

Aqroparkların hədəfi məhsul bolluğu, ucuzluq

Aqroparkların hədəfi məhsul bolluğu, ucuzluq

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizdə həyata keçirilən uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, fermerlərə göstərilən maliyyə dəstəyi, aqrar sektorda tətbiq edilən vergi güzəştləri əkin-biçin adamında təşəbbüskarlığı və sabaha inamı xeyli artırıb. Məhz bunun nəticəsidir ki, hazırda aqrar sektorda qabaqcıl texnologiyalara və müasir innovativ idarəetmə sisteminə əsaslanan yeni tipli müəssisələr yaradılır.

Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən aqroparklar xüsusi qeyd edilməlidir. Ölkənin aqrar sektorunun inkişafı məqsədilə işlənib hazırlanmış yeni inkişaf konsepsiyasının mühüm istiqamətlərindən sayılan aqroparklar ərzaq təhlükəsizliyinin təminatında, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

Aqroparklarda istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətləri formalaşdırılır ki, bu da kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına imkan yaradır. Bu müəssisələr aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, idxaldan asılılığın azaldılmasına, eləcə də ölkənin ixrac potensialının artırılmasına və milli brendlərin yaradılmasına mühüm töhfələr verir.

Xatırladaq ki, Azərbaycanda aqroparklar 2014-cü ildən etibarən Prezident İlham Əliyevin tapşırığına əsasən ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionlarda işsiziliyin aradan qaldırılması və idxaldan aslılığın azaldılması məqsədilə yaradılıb. Mövcud aqroparkların fəaliyyətinə nəzarəti isə İqtisadiyyat Nazirliyinin nəzdində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir. Yeri gəlmişkən, adı çəkilən qurum ölkədə fəaliyyət göstərən sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb.

Hazırda Azərbaycanda 22 rayon üzrə 66,3 min hektar ərazidə 24 aqroparkın yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Artıq 23 aqropark fəaliyyətə başlayıb, 1 parkda isə tikinti-quraşdırma işləri davam etdirilir. Müasir kənd təsərrüfatı sahələrinin 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlovun bildirdiyinə görə, mövcud aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 milyard manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb.

Məlum olduğu kimi, aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanır. Bununla yanaşı, dövlət tərəfindən də bu sahədə mühüm dəstək tədbirləri həyata keçirilir. Agentlik rəhbərinin sözlərinə görə, ötən müddətdə ölkədə aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bununla yanaşı, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, investisiya təşviqi sənədi almış 17 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.

Aqroparklar tərəfindən əkin dövriyyəsinə cəlb olunmuş 42,5 min hektar torpaq sahəsinin 35,7 min hektarı suvarılan ərazilərdir. Həmin sahələrin isə 26 min hektarında mütərəqqi suvarma sistemləri qurulub. Ötən müddətdə aqroparklarda 37 min 20 nəfər daimi işlə təmin edilib, 48 min 78 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə isə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, 2024-cü ildə aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ting əkilib. Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub. Bütövlükdə isə, aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib.

Yeri gəlmişkən, ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə təşkil edilən ilk aqropark Yevlax rayonunda yaradılıb. Ümumi ərazisi 2 min 807 hektar olan Yevlax Pilot Aqroparkının 2 min 280 hektar sahəsi üzrə 34 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən, ümumilikdə, 55,2 milyon manatadək özəl investisiyanın yatırılması ilə 331 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Aqroparkda intensiv meyvə bağları salınacaq, heyvandarlıq və quşçuluq təsərrüfatları, eləcə də emal sahələri yaradılacaq. Artıq rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulmaqla burada 121 daimi və 457 mövsümi iş yeri açılıb. 21 rezident tərəfindən indiyədək parkın ərazisində 1199 hektar sahədə əkin işləri aparılıb, 412,5 hektar intensiv və superintensiv meyvə bağları salınıb. Ötən müddətdə aqroparkda 1,1 min ton buğda, 0,6 min ton arpa, 0,4 min ton pambıq və 660 min ədəd ting istehsal olunub. 2024-cü ildə parkın ərazisində ilk dəfə yığım da həyata keçirilib. Yeni salınmış bağlardan, ümumilikdə, 44 ton çəyirdəkli (şaftalı, ərik, nektarin, alça və s.) meyvə yığılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri S.Adıgözəlovun sözlərinə görə, aqroparkın 2807 hektar ərazisinin 1185 hektarı parsellərə bölünmüş sahələr, 1298 hektarı heyvanların yem təminatı və pambıqçılıq sahələri, 141 hektarı sənaye zonası, qalan 183 hektarı isə mühafizə zolaqları və təsərrüfatdaxili yollardır. Ötən müddətdə aqroparkda dövlət investisiyası hesabına tutumu 110 min kubmetr olan membran örtüklü su anbarı və 8 aqreqatlı nasos stansiyası inşa edilib, parsellərə bölünmüş 800 hektar ərazinin təzyiqli su və elektrik təchizatı tam təmin olunub, təsərrüfatdaxili yollar çəkilib və uzunluğu 12,5 kilometr olan sel ötürücü kanalın 10,4 kilometrlik hissəsi tikilib.

7 min 544 hektar ərazidə yaradılmış Sabirabad Pilot Aqroparkı da fəaliyyətini getdikcə genişləndirir. İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına əsasən, artıq 8 sahibkarlıq subyektinə aqroparkın rezidenti statusu verilib. Ötən müddətdə sahibkarlar tərəfindən 4100 hektar sahədə əkin işləri həyata keçirilib. Bu məqsədlə 22,4 milyon manat investisiya yatırılıb, 98 daimi, 397 mövsümi iş yeri yaradılıb. Hazırda parkın ərazisində müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik (zeytun, nar), toxumçuluq (buğda, arpa), heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see316

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see304

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see271

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see262

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see242

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see216

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see210

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see210

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see209

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see198

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see191

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see177

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see177

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see176

Rubrika: Tibbdə yenilik

28 İyul 2026 12:10see168

Zamanı aşan nəğmələr: Vasif Adıgözəlovun ölməz musiqi dünyası

28 İyul 2026 18:12see163

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see162

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

28 İyul 2026 12:23see162

Ebola epidemiyası bitdi

28 İyul 2026 20:26see159

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər… KONKRET

28 İyul 2026 09:03see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri