Icma.az
close
up
RU
“Aqroservis” ASC də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

“Aqroservis” ASC də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində “Aqroservis” Açıq Səhmdar Cəmiyyətində maarifləndirici tədbir keçirilib.

“Aqroservis” ASC-nin İdarə Heyəti sədrinin müşaviri İsrafil İsmayılov insan hüquq və azadlıqlarının təmin olunmasının, bu sahədə maarifləndirmə işinin aparılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixində təsdiq etdiyi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində sistemli fəaliyyətin əsasını qoyub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlət başçısının Sərəncamı ilə hər il 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi kənd təsərrüfatı sahəsində çalışan şəxslər arasında insan hüquqlarının təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi və ictimai məlumatlılığın artırılmasıdır.

Hüquq şöbəsinin müdiri Aynurə Quliyeva insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, tarixi inkişaf mərhələləri, eləcə də bu sahədə qəbul olunmuş beynəlxalq və milli hüquqi sənədlər barədə ətraflı məlumat verib. Çıxış zamanı aqrar sahədə insan hüquqlarının təmin edilməsinin əhəmiyyətinə də toxunulub. Vurğulanıb ki, işəgötürən və işçilər arasında münasibətlərin əmək qanunvericiliyinə uyğun tənzimlənməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması əmək hüquqlarının təmin olunmasının əsas şərtlərindəndir. 

İnsan Resursları şöbəsinin müdiri Səbinə Zahidova isə “İnsan Hüquqları Aylığı” çərçivəsində həmkarlar ittifaqı təşkilatı tərəfindən keçirilən tədbirlərin vətəndaşların hüquqi savadlılığının artırılmasına və öz hüquqlarını daha yaxşı bilmələrinə töhfə verdiyini qeyd edib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyun 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri