Icma.az
close
up
RU
Aqşin Yenisey; Nitqimiz əməlli başlı söz zibilliyidir

Aqşin Yenisey; Nitqimiz əməlli başlı söz zibilliyidir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 Kolbasamız nə gündədirsə, nitqimiz də o gündədir


Son illər cəmiyyətimizdə “dilimiz korlanır”, “Azərbaycan dili təhlükədədir” kimi narahatlıqlar tez-tez səslənir. Mütəxəssislər isə hesab edir ki, dildə təbii şəkildə baş verən dəyişikliklər, yeni texnologiyalar və həyat tərzinin gətirdiyi sözlər qaçılmaz prosesdir. Amma bu dəyişikliklərə uyğun nitq mədəniyyəti formalaşmadıqda, dilin təbii inkişafı pozulur. İnsanların gündəlik danışığında yad sözlərin artması, ifadə tərzində qarışıqlıq və dilə yad ünsürlərin çoxalması, əslində, düşüncə tərzimizin də dəyişdiyinin göstəricisidir. Bu baxımdan dil və nitq arasındakı fərqi düzgün anlamaq və problemi doğru yerdə axtarmaq son dərəcə vacibdir.


Mövzu ilə bağlı “Sherg.az” a danışan şair Aqşin Yenisey bildirib ki, cəmiyyətin dilimiz deyib narahat olduğu məsələ, əslində, dilimiz deyil, nitqimizdir. Onun sözlərinə görə,  son yüz ildə dilimizə başqa dillərdən "ekskavator", "kombayn", "kompüter" kimi çox az söz gəlib: 

“ Nitqimiz isə əməlli-başlı söz zibilliyidir. Nitqimizi zibilləyən sözlərin demək olar ki, heç biri dilimizə keçə bilməyib. "Uje", "Prosto", "ok" və s. kimi nitqimizdə hər gün istifadə etdiyimiz sözlərə dilimizdə rast gəlmirik.  Dil düşüncəmizin nitqidir. Nitq düşüncəmizin emalı. Emal prosesində bizdə təkcə nitqdə yox, hər şeydə qatqı çoxdur. Kolbasamız nə gündədirsə, nitqimiz də o gündədir. Dilə yeni sözlərin gəlməməsi mümkün deyil. Məsələn, ölkəyə ekskavator, kombayn, kompüter gəlibsə, bunun adı da gəlməlidir. Ya da biz tayfanı yığıb həyatımızı rahatlaşdıran bu alətlərə öz dilimizdə ad qoymalıyıq. 

Prezidentin cümləsinin əvvəlində "əgər" şərt gücləndiricisi var: "Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa..." onun başqa dildən alınmasına ehtiyac yoxdur. Əgər o kəlmə yoxdursa necə? Baxıram ki, əksər dil təəssübkeşləri bu "əgər"i gözardı edib yenə linqvistik təmizlik işinə girişiblər. 

Səməd Vurğun kimi dili təmiz, xəlqi olan bir şair belə "Muğam" poemasında "ekskavator" sözündən imtina edə bilmir. Çünki dövrü yazırsansa, dövrün öz dilində yazmalısan. Bu, zamanın yox, dilin tələbidir”.


Şair qeyd edib ki, indiki uşaqların telefonda oynadıqları oyunların hamısının adı əcnəbi dillərdədir. O uşaqlar böyüyüb heç vaxt "çiling-ağac", "dirədöymə" sözlərindən istifadə etməyəcəklər, öz uşaqlıqlarını bu əcnəbi oyun adlarıyla xatırlayacaqlar:

 “Uşaqlığını "eşşəkbeli" oynayaraq keçirən nəsil elə bilir ki, Azərbaycan dili hələ də oradadır. Deyilsə də, qaytarıb aparıb orada dama salıb qapısını bərk-bərk bağlamaq lazımdır.  Gələcək nəsil internetdə böyüyür, dildən danışanda ora baxmaq lazımdır. Yeni nəsillərin böyüdüyü mühitdə dilimizə aid neçə söz var? Cavabı verilməli olan sual budur”.

Şəymən Bayramova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri