Icma.az
close
up
RU
Aqşin Yenisey: Söz ala biləcəyimiz ən uyğun dil Anadolu türkcəsidir

Aqşin Yenisey: Söz ala biləcəyimiz ən uyğun dil Anadolu türkcəsidir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

 Kim ana dilini evində “servanta” qoymaq üçün qoruyursa, bu, onun şəxsi işidir


Son zamanlar dil müzakirəsi geniş vüsət alıb. Bəzi insanlar deyir ki, öz ana dilimizə yaxın türk dilidir və həmin sözlərdən istifadə etmək olar. Bəziləri isə bildirir ki, türklərin müəyyən sözləri eyni səslənsə, belə eyni məna vermir. Hətta Konstitusiyadan misal çəkənlər də var. Məsələyə daxildən və kənardan xeyli şəxs qoşulub. Maraqlıdır TDT-nin ortaq əlifbasının qəbul olunduğu bir dönəmdə Türk dilinin dilimizə müəyyən təsirləri onsuz da olacaq. Bəs Türk dilinin ölkəmizdə vüsat almasından niyə belə ehtiyyat edirlər? Bir millətin dilinə yaxın olan başqa bir dili "təhlükə" kimi görmək nə dərəcədə əsaslı yanaşmadır? Bu baxış dilin təbii inkişafına və mədəni inteqrasiyaya maneə yarada bilərmi?

Qeyd edək ki, Kinorejissor Ayaz Salayevin dilimizlə bağlı fikirlərindən sonra cəmiyyətdə ciddi müzakirələr başlayıb. Baku TV-də Elçin Əlibəylinin verilişində Sabir Rüstəmxanlı ilə Ayaz Salayev arasında anlaşılmazlıq yaranıb. Ayaz Salayev Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini bildirib.

Daha sonra o, "Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir. Çünki mənim tələbələrim artıq "kasaba" deyirlər, "qəsəbə" sözünü işlədən yoxdur"- deyib. 

Bu fikir Sabir Rüstəmxanlının xoşuna gəlməyib və o, etirazını bildirib: "Ayaz bəy, bu elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dili bizim üçün təhlükədir. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?".


Sualımızı cavablandıran şair Aqşin Yenisey “Sherg.az”a açıqlamasında deyib ki,dil haqqında danışanların çoxu təəssüf ki, gerçəklikdən deyil, təsəvvürlərindən çıxış edirlər: 


“Bu günün gerçəkliyində artıq Azəbaycanın heç bir sahəsində adına “Vaqifin şirin dili” deyilən dildən istifadə olunmur. Məsələn, biznes sahəsinin dili bu gün sıravi azərbaycanlı üçün yad bir dildir, anlaşılmazdır. Çünki beş sözdən ikisi yad dillərdən gəlmədir. Anadolu türkcəsi türk dilləri içərisində çağın tələblərinə cavab verən yeganə türkcədir. “Menecmentlik” kimi yad bir sözün dilimizdə ən uyğun qarşılığı Anadolu türkcəsindəki “pazarlama”, yəni “bazarlama” sözüdür. Bunun nəyi bizim dilimizə yaddır? Bu cür yüzlərlə kəlmə var ki, heç bir əndişə keçirmədən Anadolu türkcəsindən ala bilərik. Zatən gələcəyin intellektual elitası olacaq nəsil bu gün Anadolu qaynaqlarıyla işləyir. Tibbin dili artıq ortaq türkcəyə yaxın bir dildir. Çünki ölkədə Türkiyədə tibb təhsili almış həkim ordusu var. Kim ana dilini evində “servanta” qoymaq üçün qoruyursa, bu, onun şəxsi işidir. Dilimiz elmi, fəlsəfi, texniki funksionallığını yaratmasa qısa müddətdə öləcək. Bu baş verməsin deyə ya yeni sözlər yaratmalıyıq, ya da söz almalıyıq. Söz ala biləcəyimiz ən uyğun dil isə Anadolu türkcəsidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri