AQTA: 33 rayon və şəhərdə heyvan kəsimi məntəqəsi yoxdur
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda aktiv fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 10-da vəziyyət tam qeyri-qənaətbəxş kimi müəyyən edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Hazırda ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü aktiv fəaliyyət göstərməkdədir. 84 heyvan kəsimi məntəqəsindən 27-sinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş hesab olunub. 47 məntəqədə vəziyyət qismən qənaətbəxş, 10 məntəqədə isə tam qeyri-qənaətbəxş kimi müəyyən edilib. Dominos pizza
Sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Möhlət dövründə müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan sahibkarların, eləcə də qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaq.
Qurumdan bildirilib ki, 33 rayon və şəhərdə heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Bu, qanunsuz kəsim riskini artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 11 Avqust 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















