AQTA 4 ölkəyə xəbərdarlıq etdi
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycana gətirilən məhsulların uyğunsuzluğu ilə bağlı 4 ölkəyə xəbərdarlıq məktubu ünvanlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülür.
Həmçinin Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.


