Icma.az
close
up
RU
Xronika: Paşinyan seçkidə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır?

Xronika: Paşinyan seçkidə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Adibekyan: Geri qayıdan azərbaycanlılar da Paşinyana səs verəcəklər" adlı süjetdə rəsmi İrəvanın Qərbi azərbaycanlıların qayıdışını rəsmi şəkildə qəbul etməsinin erməni ictimaiyyətində qızğın müzakirələrə səbəb olmasından bəhs olunub.

Bildirilib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın sözlərindən belə anlaşılır ki, rəsmi Bakı və İrəvan pərdəarxası müzakirələrdə azərbaycanlıların qayıdışını müzakirə edir və Ermənistan tərəfi bu tələbi qəbul edib: "Sülh müqaviləsi imzalanandan 5 dəqiqə sonra Ermənistan və Azərbaycan xalqları bir-biri ilə hər cür şəkildə ticarətə və ünsiyyətə başlayacaqlar. Ermənilər Bakıda yaşaya, azərbaycanlılar Ermənistan ərazisində vaxtilə yaşadıqları kəndlərə qayıda bilərlər. Hər iki ölkənin cəmiyyətləri sülhə hazır olmalıdır".

Qeyd olunub ki, Qarabağdan qaçan separatçılarla Qərbi azərbaycanlıların öz evlərinə qayıdışını eyniləşdirmək absurddur. Çünki separatçıların məqsədi Azərbaycana qarşı ərazi iddiası sürməkdir, Qərbi azərbaycanlıların doğma yurduna qayıdışı isə beynəlxalq hüququn tələbidir.

Ermənistan ictimai rəyində "azərbaycanlılar qayıdır" fikirləri ciddi şəkildə müzakirə yaradıb. Belə ki, Azərbaycan üzrə ekspert Armine Adibekyan, politoloq Artuq Xaçikyan, keçmiş erməni diplomat Edqar Qazaryanın fikrincə, Paşinyan hakimiyyəti azərbaycanlıların Ermənistana qayıdışına artıq razılıq verib: "300 minlik azərbaycanlı icması Ermənistana qayıdacaq və bu o deməkdir ki, Azərbaycan azərbaycanlıları qorumaq üçün Ermənistana təhlükəsizlik qüvvələri yerləşdirmək hüququna malik olacaq. Paşinyan seçkilərdə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır. Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların yaşaması üçün Bakı əlavə maliyyə yardımı ayıracaq. Ermənistana azərbaycanlılarla yanaşı, onları qorumaq üçün Azərbaycan polisi də gələcək. Otuz ildən çoxdur qaçqın kimi yaşayan azərbaycanlıların sayı artıq 1 milyonu keçib və Ermənistana 1,5 milyona yaxın azərbaycanlının qayıtması gözlənilir".

"Fakt" nəşri isə yazıb ki, Paşinyan Tiranada İlham Əliyevə azərbaycanlıların qayıdışının təmin ediləcəyi sözünü verib: "Əvvəllər "azərbaycanlıların qayıdışı" nağıl kimi görünürdü, lakin artıq Ermənistan hakimiyyəti bu barədə danışır, qayıdışa hazır olmaq çağırışları edir və biz tezliklə belə bir reallıqla üzləşəcəyik".

Sonda vurğulanıb ki, A.Simonyanın dedikləri Qərbi azərbaycanlıların qayıdışının Ermənistanda rəsmi şəkildə qəbul edilməsi, erməni ekspertlərin dedikləri isə qayıdış prosesinin necə baş verəcəyinin izahıdır".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "Paşinyan seçkidə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri