Icma.az
close
up
RU
AQTA blogerin içindən göbələk çıxan “Natura” şirəsinə görə “Qəbələ Konserv Zavodu” MMCdə YOXLAMA APARIB

AQTA blogerin içindən göbələk çıxan “Natura” şirəsinə görə “Qəbələ Konserv Zavodu” MMCdə YOXLAMA APARIB

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qəbələ Konserv Zavodu” MMC tanınmış bloqer Əfsanə Fərəcin Tetra Pak qablaşdırmalı “Natura” meyvə şirəsinin içindən kif göbələyi çıxmasıbarədə videosuna münasibət bildirib. 

MMC-dən Pravda.az-a verilən açıqlamanı təqdim edirik: 

“”Natura” şirə və nektarları istehsal olunduğu “Qəbələ Konserv Zavodu” MMC, FSSC 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatına sahibdir və istehsalatda dünyanın qabaqcıl texnologiyalarından istifadə edir. “Natura” şirə və nektarlarının hazırlanması üçün yüksək keyfiyyətli və həssaslıqla seçilmiş, xüsusi analizlərdən keçmiş xammallardan istifadə olunur və məhsullar müasir avadanlıqlarla avtomatlaşdırılmış, tam gigiyenik qaydada istehsal edilir. Zavodda istehsal olunan hər bir partiya “Natura” meyvə şirə və nektarlarından mütləq qaydada arbitraj nümunələri götürülərək saxlanılır, habelə istehsal prosesi zamanı prosedurlara uyğun olaraq davamlı keyfiyyət analizləri aparılır. Bütün istehsal prosesi təsdiqlənmiş qayda və prosedurlar əsasında yerli və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir. Bundan əlavə, məhsullar satış nöqtələrinə göndərilməzdən əvvəl qida təhlükəsizliyi standartlarının tələblərinə uyğun şəkildə anbarda saxlanılır. İstehsal olunan məhsul bütün yoxlama mərhələlərindən uğurla keçdikdən sonra istehlakçıların istifadəsi üçün hazır hala gətirilir. “Natura” şirə və nektarları hazırda müasir tələblərə cavab verən Tetra Pak və şüşə olmaqla 2 növ qablaşdırmada istehsal olunur. Hər bir məhsulun üzərində  istehsal və son istifadə müddəti, tərkibi,  saxlanma şəraiti, temperaturu qeyd olunur. Natura məhsullarının bağlı qablaşdırmada 0-28 dərəcə temperaturda 75%-dən çox olmayan nisbi rütubətlikdə, açılmış qablaşdırmanı isə 3 gündən artıq olmamaq şərti ilə 0-6 dərəcə temperaturda saxlanılmasını tövsiyə edirik. Bildirmək istəyirik ki, müasir standartlara cavab verən istehsal xətləri yalnız sağlam və zədəsiz məhsulların paketlənməsinə icazə verir. Qüsurlu qablaşdırmalar avtomatik olaraq istehsal xəttindən çıxarılaraq prosesdən kənarlaşdırılır. Sözügedən hadisə aidiyyəti şöbəmiz tərəfindən araşdırılıb, məhsulun şirkətimizdə mühafizə olunan arbitraj nümunəsinə mütəxəssislər tərəfindən baxış keçirilib. Məhsulun qablaşdırmasının daşınma və ya rəfə yerləşdirilmə mərhələlərində zədələndiyi və nəticədə məhsulun sterilliyi pozulduğuna görə onun tərkibinin dəyişdiyi müəyyən edilib. Eyni zamanda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də məsələ ilə bağlı müəssisəmizdə plansız yoxlama aparılıb, istehsal texnologiyası və məhsulların anbarda saxlanma şəraiti detallı şəkildə araşdırılıb. Yoxlama nəticəsində istehsal prosesi və saxlanma normativlərində hər hansı bir uyğunsuzluq qeydə alınmayıb. Qeyd edək ki, istehlakçıların rəylərini və suallarını cavablandırmaq üçün +994242052607 əlaqə nömrəmiz mövcuddur. Göstərilən əlaqə nömrəsi vasitəsi ilə hər bir istehlakçıdan daxil olmuş müraciət qeydə alınaraq müvafiq şöbə tərəfindən həssaslıqla araşdırılır və geri dönüş edilir”. 

Aytəkin Qardaşova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see361

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see187

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see114

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see108

İstidə yeyilməməli qidalar açıqlandı: Dondurma və limonad siyahıdadır

04 İyun 2025 07:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri