AQTA: Dabaq xəstəliyinə görə bəzi ərazilərə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə ərazisinin yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Şotlandiyanın Aberdinşir inzibati ərazi vahidində, Orkney adalarında, Perunun Lambaeke, Lima, İka regionlarında, Xorvatiyanın Brodsko-Posavska inzibati ərazi vahidində, Kamboca Krallığının Kampot, Battambanq əyalətlərində, İtaliyanın Apuliya regionunda, Litvanın Mariyampol dairəsində, ABŞ-nin Oreqon, Yuta ştatlarında yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Rusiyanın Vladimir vilayətində Nyukasl, Çinin isə Çonqqinq əyalətində qeydə alınmış dabaq xəstəliyinin olmadığı müəyyən edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 06 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















