Icma.az
close
up
RU
AQTA heyvanların identifikasiyası və xəstəliklərdən azad zonaların yaradılması istiqamətində tədbirləri davam etdirir

AQTA heyvanların identifikasiyası və xəstəliklərdən azad zonaların yaradılması istiqamətində tədbirləri davam etdirir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 25 sentyabr, AZƏRTAC

Ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) heyvan xəstəliklərindən azad zonaların yaradılması, iri və xırdabuynuzlu heyvanların identikləşdirilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə qarşıda duran vəzifələr, heyvandarlıq təsərrüfatı sahibləri tərəfindən görüləcək işlər, həmçinin proseslərin daha da sürətləndirilməsi ilə bağlı bu gün Laçın Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında regional müşavirə keçirilib.

Tədbirdə AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Laçın RİH-in, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və yerli icra orqanlarının nümayəndələri və müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Müşavirədə bildirilib ki, 2024-cü ildə ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən bir sıra heyvan xəstəliklərindən azad ölkə kimi tanınıb, eyni zamanda, əvvəlki illərdə əldə edilmiş bəzi heyvan xəstəliklərindən azad ölkə statusları qorunub saxlanılır. Ancaq əldə olunmuş uğurlarla yanaşı, bu sahədə fəaliyyətlərin daha da genişləndirilməsi qarşıya hədəf kimi qoyulub. Vurğulanıb ki, heyvan xəstəlikləri ilə effektiv mübarizənin aparılması və azad statusların alınması heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə paralel bu məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.

Müşavirədə görüş iştirakçılarına heyvanların identifikasiya edilməsinin əhəmiyyəti barədə zəruri məlumatlar əks olunan təqdimatlar nümayiş olunub. Eyni zamanda, bildirilib ki, heyvanların identikləşdirilməsi agentlik tərəfindən AQTİS vasitəsilə həyata keçirilir. Bu sistem vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və heyvanların identifikasiyası, zoonoz xəstəliklərə qarşı mübarizə üsulları ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri