Icma.az
close
up
RU
AQTA: İxracatçılardan idxalçı ölkələrin qablaşdırma və etiketləmə tələblərinə əməl edilməsi tələb olunur

AQTA: İxracatçılardan idxalçı ölkələrin qablaşdırma və etiketləmə tələblərinə əməl edilməsi tələb olunur

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 oktyabr, AZƏRTAC

Xurma, nar, pomidor və digər bitkiçilik məhsullarının xarici bazarlara ixracı istiqamətində görülən tədbirlər intensiv şəkildə davam etdirilir. Məqsəd Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması və ixrac prosesinin beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. İxrac zamanı beynəlxalq ticarət vasitəsilə karantin zərərvericilərinin yayılmasının qarşısının alınması məqsədilə “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərə və bu çərçivədə təsdiq edilmiş beynəlxalq standartlara ciddi riayət olunmalıdır. Bununla yanaşı, ixracatçılardan idxalçı ölkələrin qablaşdırma və etiketləmə tələblərinə əməl edilməsi tələb olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, bitkiçilik məhsullarının daşınmasında istifadə edilən taxta altlıqlar və digər qablaşdırma materialları beynəlxalq standartlara uyğun şəkildə işlənməli, məhsulların etiketlənməsi isə idxalçı ölkələrin tələblərinə əsaslanmalıdır. Etiketlərdə yerləşdirilən məlumatların oxunaqlı, davamlı və beynəlxalq norma və standartlara uyğun olması vacib şərtlərdən biridir.“Ənənəvi qablaşdırmadan müasir qablaşdırma vasitələrinə keçid və beynəlxalq standartlara uyğun etiketləmə üsullarının tətbiqi məhsulların ixrac potensialını artırmaqla yanaşı, onların daşınması, saxlanması və bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə də şərait yaradır. Bu səbəbdən agentlik ixrac prosesində iştirak edən bütün təsərrüfat subyektlərini bitkiçilik məhsullarının qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq və idxalçı ölkələrin tələblərinə ciddi riayət etməyə çağırır”, - deyə məlumatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri