Icma.az
close
up
RU
Ara məsafəsi saxlamayan sürücü küçə süpürməlidir? Kiçik səhvin ağır nəticəsi olur VİDEO

Ara məsafəsi saxlamayan sürücü küçə süpürməlidir? Kiçik səhvin ağır nəticəsi olur VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli sürücülük xüsusiyyətləri 10 illər ərzində formalaşır və dəyişdirilməsi çətindir. Məsələn, təxminən 10 il əvvəl yol polisi “zebra”da piyadalara yol verməyən sürücüləri cərimələməyə başlayanda ilk aylarda qəzaların sayı-hesabı yox idi. Çünki sürücülərimiz bu elementar qaydaya vərdiş etməmişdilər. Burada digər məqam sürücülərin çox yaxın hərəkət etməsi idi. Yaxud, piyadaya yol vermək üçün gözləyən maşını başqası ötüb keçərək keçiddəki piyadanı vururdu. İndi keçidlərlə bağlı vəziyyət xeyli yaxşılaşıb. Lakin, dəyişməyən məqam da var.


Bu gün Bakıda sürücülərin çox sıx, sanki qarşıdakı avtomobilə yapışaraq hərəkət etdiyini görürük. Bu qayda pozuntusunu görmək üçün DYP əməkdaşı, ya da avtomobil istismarı üzrə mütəxəssis olmağa lüzum yoxdur. Bəs beynəlxalq təcrübədə bunun qarşısı necə alınır?
Beynəlxalq normalara (Vyana konvensiyası) görə ara məsafəsi elə seçilməlidir ki, qarşıdakı nəqliyyat vasitəsi qəflətən dayandıqda və ya sürəti kəskin azaltdıqda qəzadan yayınmaq mümkün olsun. Bu norma bizim qanunvericilikdə də əksini tapıb. Yol hərəkəti haqqında Qanunun 50.3-cü maddəsində deyilir: 


“Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar”.

Bəs bu qaydalara nə qədər əməl edirik? 


Bir neçə gün əvvəl Füzulidə eşşəyi vurmamaq üçün qəfil tormoz verən avtomobili arxadan gələn maşın vuraraq su arxına salıb. Tam əminliklə deyə bilərik ki, ara məsafəsi gözlənilsə idi, bu qəzadan yayınmaq olardı. Yaxud, bir neçə gün əvvəl Yol polisi Bakı küçələrində ara məsafəsinin gözlənməməsinə görə yaranan qəzaların videosunu yaydı. Bu qəzalarında böyük əksəriyyətindən yayınmaq olardı.

Bakı-Qazax yolunda qanunun 50-ci maddəsinin daha kobud şəkildə pozulduğunun şahidi oluruq: beynəlxalq yük daşıyan ağırtonajlı və uzun avtobillər bilərəkdən elə ara məsafəsi seçirlər ki heç kim onların arasına daxil ola bilməsin. Bu səbəbdən ötmə əməliyyatı aparan sürücü azı 3 yük avtomobilini keçməyə məcbur olur. Buna isə əksər hallarda mühərrikin gücü və hərəkətin intensivliyi imkan vermir.

Ara məsafəsi praktik olaraq belə müəyyən edilir: hərəkət sürətindən asılı olmayaraq qarşıdakı avtomobilə 2 saniyədən gec çatmaq mümkündürsə, bu normadır. Şəhərdə isə qabaqdakı avtomobilin təkərini görmək qayda hesab edilir. Bu prinsipə əməl etdikdə svetoforda xarab olmuş avtomobili ötmək üçün geriyə manevr etməyə lüzum qalmır. Bu dediyimiz problemlər başqa ölkələrdə də mövcud olub. Bəs onlar məsələni necə həll edirlər?


Beynəlxalq təcrübədə bunun bir neçə üsulu var. 80-ci illərdə Avropada polislər bu problemlə vizual müşahidə yolu ilə mübarizə aparırdılar. Yəni, polis nəfəri əlində kalibrlə (adətən 2-3 metrlik) svetoforda dayanır, sıx dayanan maşına cərimə yazırdı. Lakin bu üsul səmərəli deyil. Seçmə üsulla kimisə cərimələmək nəticə vermir.  Digər tərəfdən, polis əməkdaşlarının həyatına təhlükə yaranır. Magistralda isə belə ölçmə ümumiyyətlə mümkün deyil. Hazırda əksər Avropa ölkələrində ara məsafəsinə stasionar radarlarla nəzarət edilir. Şəhər daxilində və magistralda nəzarət mexanizmi oxşardır: radar 2 və daha çox avtomobilin sürətini ölçdükdən sonra təhlükəsiz ara məsafəsini hesablayır. Avtomobil qarşıdakı nəqliyyat vasitəsinə təhlükəli həddə yaxınlaşıbsa, o zaman şəxsi kabinetə və ya ünvana cərimə bildirişi gəlir. 
Bu sistemin tətbiqi ciddi xərc tələb etmir. Əksər ölkələrdə stasionar radarların proqram təminatı yenilənərək ara məsafəsini ölçməyə uyğunlaşdırılıb. Magistraldan fərqli olaraq şəhərlərdə yan məsafə də ölçülür. Ara məsafəsini gözləməyənləri isə Avropada ölkədən və vəziyyətdən asılı olaraq 90-400 avro cərimə, sürücülük hüququndan uzunmüddətli məhrumetmə, bəzi hallarda isə ictimai işlər gözləyir. Azərbaycan qanunvericiliyində ara məsafəsinin gözlənməməsinə görə 40 manat cərimə nəzərdə tutulur. Lakin nəzarət mexanizmi olmadığı üçün çoxları bu tələbi qulaqardına vurur.

 Avtosfer.az saytında ara məsafəsinə görə baş vermiş qəzalarla bağlı xəbərlərin bəzilərini təqdim edirik:

Qeyd: Bu material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində hazırlanmışdır. Materialda qeyd edilən fikir və mülahizələr Agentliyin rəsmi mövqeyini əks etdirmir.

Müəllif: Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 İyun 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri