Icma.az
close
up
RU
Aralıq dənizində böyük oyun: Ankaranın cavab planı

Aralıq dənizində böyük oyun: Ankaranın cavab planı

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şərqi Aralıq dənizində İsrail, Yunanıstan və Kipr arasında güclənən hərbi-siyasi əməkdaşlıq Ankarada ciddi narahatlıq doğurur. Rəsmi olaraq təhlükəsizlik və enerji maraqları ilə əsaslandırılan bu ittifaqın əsas hədəfinin Türkiyə olduğu açıq görünür. Ankara isə bu prosesə emosional yox, çoxşaxəli və balanslı strategiya ilə cavab verməyə hazırlaşır.

Birincisi, Türkiyənin əsas xətti birbaşa qarşıdurmadan qaçmaqdır. Ankara Avropa İttifaqı daxilində İsrailin Aralıq dənizində dominant mövqeyinə skeptik yanaşan ölkələrlə əlaqələri gücləndirəcək, NATO çərçivəsində isə Türkiyənin region üçün əvəzsiz aktor olduğunu ön plana çıxaracaq. Məqsəd Türkiyənin təcridinə imkan verməməkdir. Ümumiyyələ Ankaranın bölgədə təcridini düşünmək sadəlövhlük olar. Bunu sadəcə Ankaranın yeni dünya düzəninda ortaya çıxan gücünı qısqanclıqla yanaşan güclərin istəyi ola bilər. Bu istəklər də bəyanatlardan və cəhdlərdən o yana keçə bilməz. Ankara belə oyunları pozub və bundan sonra da pozacaq. Necə ki, bundan öncə bu üç ölkə Şərqi Aralıq dənizindən “EastMed” qaz layihəsini reallaşdırmaq istiqamətində hətta saziş imzaladılar. Hətta Vaşinqton da bu layihəni dəstəklədi. Lakin qısa zamandan sonra ABŞ  İsrail, Kipr və Yunanıstanı “EastMed” layihəsinin ancaq Türkiyə üzərindən reallaşa biləcəyinin mükünlüyünü bəyan edərək layihəyə dəstək verməkdən imtina etdi.

İkincisi, Türkiyə Aralıq dənizində hərbi varlığını qoruyacaq və gücləndirəcək. Donanmanın aktivliyi, hava-dəniz təlimləri və pilotsuz sistemlər vasitəsilə nəzarət mexanizmləri Ankaranın əsas çəkindirmə alətləri olacaq. Bu, qarşı tərəfə açıq mesaj olacaq ki, Türkiyəni bu cür cəhdlərlə nə Yaxın Şərqdən, nə də Şərqi Aralıq dəzinindəki maraqlarından heç cür geri çəkindirmək mümkün olmayacaq. Çünki indiyədək hətta NATO-dakı bəzi ölkələr Yunanıstan və Kipr vasitəsi ilə belə cəhdlərə əl atıb, amma  istənilən cəhd nəticədə iflasa uğrayıb.

Üçüncüsü, Ankara İsrail qazının Avropaya çıxışı üçün ən real və ucuz marşrutun məhz Türkiyə üzərindən keçdiyini gündəmdə saxlayacaq. Eyni zamanda Azərbaycan, Orta Asiya və Körfəz ölkələri ilə enerji əməkdaşlığı dərinləşdiriləcək. Bu yanaşma İsrail-Yunanıstan-Kipr xəttinin enerji əsaslı planlarını zəiflədir.

Dördüncüsü, Türkiyə Liviya başda olmaqla Yaxın Şərq və Şimali Afrikada mövcud mövqelərini möhkəmləndirəcək. Bu, Aralıq dənizində Ankaranın əhatə dairəsini genişləndirərək rəqib blokun manevr imkanlarını məhdudlaşdırır.

Beşincisi, Ankara Vaşinqtonla açıq qarşıdurmaya getməsə də, Yunanıstan və Kiprin həddindən artıq silahlandırılmasına etirazını davam etdirəcək. Paralel olaraq Türkiyə beynəlxalq mediada özünü eskalasiyanı yox, regional balansı qoruyan aktor kimi təqdim edəcək.

Türkiyənin cavabı hərbi qarşıdurma deyil, strateji balans və çəkindirmə olacaq. Ankara nə İsrail mərkəzli ittifaqın diktəsini qəbul edəcək, nə də Aralıq dənizində belə planların reallaşmasına imkan verəcək. Mövcud proseslər göstərir ki, Türkiyəni nəzərə almadan qurulan regional təhlükəsizlik arxitekturası uzunömürlü ola bilməz.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Dekabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see236

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see167

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see160

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see159

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri