Aralıq dənizində ölənlərin sayı ARTIR
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Liviyada polis paytaxt Tripolin yaxınlığında sahilə çıxmış beş şəxsin cəsədini aşkarlayıb.
Modern.az xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.
Qeyd edilir ki, bunlar sığınacaq axtaran şəxslərin cəsədləridir. Eyni zamanda Yunanıstan rəsmiləri Krit sahilləri yaxınlığında baş verən ayrı bir hadisədə üç nəfərin öldüyünü açıqlayıb.
Liviyada cəsədlər sahilyanı Qasr əl-Axyar şəhərinin sakinləri tərəfindən tapılıb. Bu barədə yerli polis əməkdaşı məlumat verib.
Məlumata görə, Polis bölməsindən bildirib ki, tapılan cəsədlərin hamısı qaradərili şəxslərə məxsusdur və onlardan ikisi qadın olub. Sakinlər bir uşağın cəsədinin də sahilə çıxdığını görüblər, lakin dalğaların onu yenidən dənizə apardığını bildiriblər.
Bu faciə Beynəlxalq Miqrasiya Təşkilatının bir neçə həftə əvvəl yaydığı məlumatdan sonra baş verib. Həmin məlumata görə, Liviyanın qərbində, Tripoli yaxınlığındakı Zuvəra şəhəri sahillərində 55 nəfəri daşıyan rezin qayıq çevrildikdən sonra 53 miqrant, o cümlədən iki körpə ölüb və ya itkin düşüb.
Baxış sayı:150
Bu xəbər 22 Fevral 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















