Araz dəhlizi məsələsi yenidən gündəmdə
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Araz dəhlizi məsələsini yenidən gündəmə gətirərək, onun faydalarından bəhs edən təbliğata başlayıb. Tribunainfo.az xəbər verir ki, mütəmadi olaraq bu mövzunu qabardan İran mediası, dünən daha bir yazı ilə çıxış edib.
“Parstoday” saytı yazıb ki, Araz Dəhlizinin tamamlanması ilə İran və Azərbaycan arasında ticarət əməkdaşlığı artacaq. “Azərbaycanla əməkdaşlığın artırılması İranın dövlət rəsmiləri və özəl sektor fəallarının strategiyalarındandır”.
Sayt qeyd edib ki, dünən Təbrizdə bununla bağlı geniş toplantı da olub. “Azərbaycan Biznes Otağının dünən Təbriz Palatasında özəl və dövlət sektorunun nümayəndələrinin iştirakı ilə keçirilən iclasında iki tərəf arasında əməkdaşlığa mane olan problemlərin müzakirəsi ilə yanaşı, xoş xəbərlər də var”.
Lakin sayt “xoş xəbər”in nədən ibarət olması barədə hər hansı açıqlama verməyib.

