Icma.az
close
up
RU
Kadr məsələsi yenidən gündəmdə TƏHLİL

Kadr məsələsi yenidən gündəmdə TƏHLİL

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanda qazanılan iqtisadi, sosial, hərbi, siyasi və digər uğurların təməlində düzgün və əsaslı siyasətin aparılması dayanır. Azərbaycan xalqı aparılan möhtəşəm siyasətin müsbət nəticələrini, uğurlu addımların xeyrini sosial-iqtisadi durumlarının yaxşılaşmasında, Qarabağın erməni terrorçu dəstələrindən təmizlənməsindən sonra qürurlu vətəndaşa çevrilməsində və digər məsələlərdə açıq şəkildə hiss edir. Təbii ki, uğurların bundan sonra daha da genişlənməsi üçün siyasi iradə və istək mövcuddur. Müzəffər Ali Baş Komandan, Fateh Sərkərdə, Prezident İlham Əliyev xalqa arxalanaraq geniş və əhatəli islahatların aparılmasında qətiyyətlidir. Fateh Sərkərdə, Prezident İlham Əliyev cəmiyyətdə üzə çıxa biləcək istənilən problemin, çatışmazlıqların aradan qaldırılması istiqamətində gərəkli addımlar atır, məmur özbaşnalıqlarına qarşı sərt tədbirlər görür.

İctimai nəzarət QHT-lər, media və ya digər qruplar vasitəsi ilə həyata keçirilməlidir

Dəfələrlə Prezident İlham Əliyev çıxışlarında cəmiyyətdə ictimai nəzarətin gücləndirilməsinin vacibliyini qeyd edib. QHT-lər, media və ya digər qruplar vasitəsi ilə həyata keçirilməli olan ictimai nəzarət cəmiyyətin daha sağlam olmasına, məmur məsuliyyətinin artırılmasına geniş imkanlar yaradır. Eyni zamanda ictimai nəzarətlə ölkə daxilində neqativ halların aradan qaldırılmasına, rüşvətin, korrupsiyanın, məmur özbaşınalığın sıradan çıxarılmasına nail olmaq mümkündür. Düzdür, elə məmurlar, vəzifə mənsubları var ki, müxtəlif yollarla əldə etdikləri böyük pullara, var dövlətə, oturduqları kresloların gücünə o dərəcə arxalanırlar ki, ictimai nəzarəti mənasız hesab edir, bəzi hallarda onların çağırışlarına əhəmiyyətsiz yanaşırlar. Lakin belə hallar uzun çəkmir. Problemin aktuallaşması, məmur özbaşınalığının ictimailəşdirilməsi həmin vəzifə mənsubunun çöküşünə, hətta azadlıqdan məhrum edilməsinə gətirib çıxarır. Elə bu yaxınlarda Nəsimi rayonuna təyin olunmuş İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov sahibkarlardan böyük pullar tələb etməsi, vətəndaşlara qarşı sayğısız yanaşmasının nəticəsi olaraq vəzifəsindən kənarlaşdırıldı. Yəni həmin icra hakimiyyətinin başçısının özbaşınalığı cəmi 47 gün çəkdi. Ona görə də, hər bir vətəndaş, xüsusilə də QHT-lər, KİV-lər cəmiyyətdə baş verən neqativ hallara qarşı diqqətli olmalı, insanları narahat edən məsələləri ictimailəşdirməklə həmin problemin həllinə yardımçı olmalıdır. Bəli, müxtəlif nazirliklər də ictimai şuralar yaradılır. Ancaq həmin şuraların fəaliyyəti effektli deyil. Səbəbi də ictimai şuraların nazirliklərdən müəyyən məsələlərə görə asılı olmasıdır. Ona görə də, yeni formada ictimai şuraların yaradılmasına zərurət var.Təəssüflər olsun yüksək etimad göstərilərək ali dövlət vəzifələrinə təyin olunan bəzi kadrlar da etimadı doğrulda bilmirlər. Bu ya onları bacarıqsızlığından, ya da daha çox dünya malına tamah salmalarından irəli gəlir. Məhz ikinci variant səbəbindən bu günə qədər 14 rayon icra hakimiyyətlərinin başçıları həbs olunublar. Eyni zamanda onlarla rayonun təhsil, səhiyyə, məşğulluq mərkəzlərinin rəhbərləri hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıblar.

“Etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində kadr məsələsinə xüsusi diqqət ayırdı. Prezidentimiz İlham Əliyev ilk növbədə bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda artıq yeni üsuli-idarə nəzərdə tutulub və tətbiq edilir: “Hesab edirəm ki, bu, özlüyündə daha çevik idarəetmə üçün daha əlverişlidir. Amma yenə də əsas məsələ, kadr məsələsidir. Məsələn, mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir. Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri. Halbuki Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. Hər halda azad edilmiş ərazilərdə özünü doğruldub, yəni gələcək göstərər”.

“Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var”

Prezident İlham Əliyev qeyd etdi ki, ümumi inkişafımız hər bir insan, xüsusilə vəzifə sahibi ürəklə işləməlidir, xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var: “Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq.Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olubdur. Bax, dediyim xarici siyasətlə bağlı olan məsələlər hələ işlərin bir hissəsidir. İqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur. Ancaq etibar etdiyim kadrlar və bütün dövlət məmurları öz fəaliyyətini bu prinsiplər əsasında qurmalıdırlar. Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək”.

Məsuliyyət və nəzarət əsas məsələdir

Azərbaycan Prezidenti İlham Əliyev yenə də əsas məsələnin kadr məsələsi olduğunu qeyd etdi: “Məsələn, mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılıb”. Prezidenti İlham Əliyev Nəsimi rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimovun qısa müddət sonra vəzifəsindən azad olunmasına da toxunub: “Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir. Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri”.

Göründüyü kimi, Prezidentimiz İlham Əliyev bütövlükdə xalqın maraq və mənafeyni, istək və arzularını həyata keçirmək üçün böyük zəhmət, əmək sərf edir. Yetər ki, təyin olunan kadrlar məsuliyyətlərini dərk edib, göstərilən etimadı yerinə yetirsinlər. Bu məsələdə ictimai nəzarətin həyata keçirilməsi hər bir vəzifə mənsubunun məsuliyyətinin artırılmasına, daha real nəticələr əldə edilməsinə gətirib çıxara bilər. Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, məsuliyyət və nəzarət ən əsas məsələdir: “Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır. Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır”.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri