Icma.az
close
up
RU
Araz Naxçıvan finala baş məşqçisiz və legionerlərsiz çıxacaq

Araz Naxçıvan finala baş məşqçisiz və legionerlərsiz çıxacaq

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun final matçına baş məşqçisiz və legionerlərsiz çıxacaq.

Bunu "Report”a Naxçıvan klubunun vitse-prezidenti Mahmud Sadıqov bildirib.

O, müqavilə müddəti bitdiyi üçün istirahətə yollanan baş məşqçi Yevgeni Kukseviç və əcnəbi futzalçıların həlledici görüşdə olmayacağını deyib:

"Məşqçi ilə yeni müqavilə avqustdan qüvvəyə minəcək. İyunda müqaviləsinin müddəti bitdikdən sonra bir ay istirahət edəcək. Bu səbəbdən komanda kubokun finalına baş məşqçisiz çıxacaq. Əcnəbi oyunçular da müqavilələrin müddəti bitdiyi üçün komandanı tərk ediblər. Onlar oyuna çıxacaqları təqdirdə əlavə vəsait, daha doğrusu, bir aylıq maaş istəyirdilər. Bu da büdcəmizə uyğun olmadığına görə razılaşa bilməzdik. Hazırda yalnız yerli oyunçular qalıb. Yəni kubokun final matçında yerlilərlə çıxış edəcəyik və qələbə qazanmağa çalışacağıq”.

Klub rəsmisi mövsümü də dəyərləndirib:

"Dekabra qədər bir çox çətinliklərlə üzləşdik. Həm məşqçi, həm də oyunçu heyəti baxımından. Əsas rəqiblərimizə məğlub olmuşduq. Həmçinin dekabrda "Baku Fire” ilə matçda heç-heçə oynayaraq xal itirmişdik. Bu da bizi 6 xal geriyə salmışdı. Çətin vəziyyətə düşdüyümüz üçün radikal dəyişikliklərə getmək lazım idi. Biz də bunu etdik. Hazırkı baş məşqçimiz Yevgeni Kukseviçi dekabrın sonlarında dəvət etdik, çempionatın ab-havası ilə tanış etdik. Sonra əl sıxıb müqavilə imzaladıq. Həmçinin bir neçə oyunçu transfer etdik, komandanı gücləndirdik. Bu da öz təsirini göstərdi. Baş məşqçi qarşısına qoyulan vəzifəni anladı. Ona təşəkkür edirəm ki, komandanı çətin vəziyyətdən çıxarıb çempion etməyi bacardı. Bunda təkcə məşqçi amili deyil, klubun rəhbər şəxslərinin, tibbi personalın da böyük əməyi var. Yumruq kimi birləşdik və vəzifənin öhdəsindən gələ bildik”.

M.Sadıqov yeni mövsüm üçün baş məşqçinin qarşısına qoyulan məqsədləri də açıqlayıb:

"Məşqçinin qarşısına qoyduğumuz məqsəd, təbii ki, ilk növbədə Azərbaycan çempionluğunu qazanmaq, həmçinin beynəlxalq arenada uğurlu nəticə göstərməkdir. Avqustda UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcəyik. Püşkatmadan sonra rəqiblərimiz müəyyənləşəcək. Buna uyğun hazırlıq proqramı tərtib ediləcək. Təbii ki, dəyişikliklər olacaq. Çünki Avropada uğur qazanmaq üçün komanda gücləndirilməlidir. İlk mərhələni keçməyi planlaşdırırıq”.

Qeyd edək ki, Naxçıvan təmsilçisi Azərbaycan Yüksək Liqasının 2024/2025 mövsümünün qalibi olub. Klub bu gün rusiyalı baş məşqçisi Yevgeni Kukseviçlə yeni - 1 illik müqavilə bağlayıb.

"Araz-Naxçıvan" Azərbaycan Kubokunun finalında PFL komandası ilə qarşılaşacaq. Görüş iyunun 5-də, saat 14:00-da "Olimpik Star"da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 May 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri