Icma.az
close
up
RU
Araz Naxçıvan ın ev oyunlarını doğma meydanda keçirməsi üçün mövcud stadion yenidən qurulacaq

Araz Naxçıvan ın ev oyunlarını doğma meydanda keçirməsi üçün mövcud stadion yenidən qurulacaq

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 7 oktyabr, AZƏRTAC

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” peşəkar futbol klubu Naxçıvan Muxtar Respublikasına səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində əsas komandanın futbolçuları və məşqçi heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Araz-Naxçıvan” peşəkar futbol klubunun idmançı və məşqçi heyəti ilə görüşüb.

Son illər ölkəmizdə futbol sahəsində əldə olunan nailiyyətlərdən söz açan Fuad Nəcəfli vurğulayıb ki, bu uğurlar təsadüfi deyil. Çünki idmanda təsadüflər olmur. Hər bir qələbə əzmin, iradənin və birliyin nəticəsidir. “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması və keçirdiyi oyunlarda inamlı qələbələri Azərbaycan futbolu üçün tarixi hadisədir. Eyni zamanda 2024-2025-ci mövsümdə “Araz-Naxçıvan” peşəkar futbol klubunun Azərbaycan Premyer Liqasını 3-cü yerdə başa vurması, tarixində ilk dəfə Avropa meydanlarına çıxması, UEFA Konfrans Liqasının seçmə mərhələlərində inamlı çıxışı həm komandanın peşəkarlığının, həm də ölkə futbolunun dirçəlişinin göstəricisidir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr, eləcə də Naxçıvan şəhərinin yeni baş planı barədə məlumat verən səlahiyyətli nümayəndə qeyd edib ki, bir neçə il sonra Naxçıvan tamamilə dəyişəcək. Təmsilçimizin ev oyunlarını doğma meydanda keçirməsi üçün mövcud stadionun yenidən qurulması, həmçinin yeni idman kompleksinin inşası nəzərdə tutulur. Yeni layihədə futbolçular üçün ən müasir idman infrastrukturunun, idmançı ailələri üçün isə yüksək yaşayış şəraitinin qurulması öz əksini tapacaq. Bu layihələr gerçəkləşdikdən sonra “Araz-Naxçıvan”ın hər bir oyunçusu komandamızın uğurları üçün doğma meydanda mübarizə aparacaq.

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov futbolçularla səmimi görüşə və göstərilən dəstəyə görə minnətdarlıq edib, Naxçıvan futbolunun inkişafı uğrunda bundan sonra da səylə çalışacaqlarını bildirib.

Futbolçulardan Felipe Santos və Qara Qarayev görüşün heyətə yüksək ruh və motivasiya bəxş etdiyini vurğulayıblar. Komanda üzvləri qeyd ediblər ki, uzun illər ölkənin yüksək liqasından ayrı qalan Naxçıvan futbolu qısa zamanda böyük uğurlarla bu həsrətə son qoydu. Ev oyunlarının yerli azarkeşlərin qarşısında keçirilməsi komandanın inkişafı baxımından vacibdir. Futbolçular tezliklə bu problemin də aradan qaldırılacağına inamını ifadə edib, çoxsaylı azarkeşlərin qarşısında mübarizə aparmağı səbirsizliklə gözlədiklərini bildiriblər.

Səfər çərçivəsində komanda üzvləri Naxçıvan Muxtar Respublika stadionunda azarkeşlərlə görüşüb, akademiyanın azyaşlı futbolçuları ilə əyləncə xarakterli oyun keçiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see305

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see248

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see238

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see168

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see163

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see155

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see143

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see140

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see138

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see137

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see136

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see136

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see133

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see132

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see129

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see128

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see128

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri