Araz SES yaxınlığında meyit AŞKARLANDI
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunda yerləşən “Araz" Su Elektrik Stansiyası yaxınlığında meyit aşkar edilib.
News24.az-ın məlumatına görə, Babək Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin mexanik-çilingəri, 1967-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Suvarov Şahsuvar Qasım oğlunun “Araz Su Elektrik Stansiyası” yaxınlığında meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun dalğıc-xilasediciləri cəlb ediliblər. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.
İlkin araşdırma üzrə hadisə yerinə baxış keçirilərkən sonuncunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 28 İyul 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















