Icma.az
close
up
RU
® Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək, Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalanıb AZƏRTAC

® Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək, Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalanıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Asiya İnkişaf Bankı (AİB) və “Veysəloğlu Şirkətlər Qrupu”nun “Araz” Supermarketlər Şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədilə 10,5 milyon dollarlıq sazişin imzalanma mərasimi keçirilib.

Tədbirdə AİB-in Özəl Sektor Əməliyyatları üzrə baş direktoru Suzanne Gaboury, “Veysəloğlu Şirkətlər Qrupu”nun “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “Veysəloğlu Distribusiya”nın İdarə Heyətinin sədri Bəxtiyar Allahverdi, “Oba” Marketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər nümayəndələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rəşad İbrahimov bildirib ki, AİB ilə imzalanan saziş sahibkarlığın və yerli istehsalın inkişafında mühüm rol oynayacaq və yeni iş yerlərinin yaradılmasına imkan verəcək: “Saziş ailələrin qida təminatının daha da yaxşılaşdırılmasına şərait yaradacaq. Eyni zamanda, yerli fermerlərin inkişafına təkan olacaq. Saziş çərçivəsində qadınların işə cəlb olunması istiqamətində mühüm addımlar atılacaq”.

Rəşad İbrahimov daha sonra əlavə edib ki, yerli fermerləri dəstəkləmək biznesin və xidmət göstərdiyimiz insanların mənafeyi üçün olduqca vacibdir: “AİB ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda keyfiyyətli qidaya çıxış imkanlarını genişləndirə və iqlimə davamlı əkinçilik təcrübələrini təşviq edə bilərik”.

Suzanne Gaboury isə bildirib ki, “Araz” Supermarketlər Şəbəkəsi ilə imzalanan saziş müasir pərakəndə satış sektorunda ərzaq keyfiyyətini və təhlükəsizliyini artıracaq: “Müqavilə çərçivəsində ərzaq təhlükəsizliyinə və iqlim fəaliyyətinə dəstək veriləcək. Eyni zamanda, saziş kiçik fermerlərin daha etibarlı gəlirlər əldə etməsinə imkan yaratmaqla inklüziv inkişafa töhfə verəcək. AİB-in dəstəyi Azərbaycanın müasir pərakəndə təchizat zəncirinin genişlənməsini sürətləndirməyə və tədarük, nəqliyyat, saxlama və paylama sahələrində səmərəliliyi artırmağa kömək edəcək”.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycandakı əksər fermerlər kiçik təsərrüfat sahibləri kimi etibarlı alıcılar və sabit gəlirlərlə bağlı əziyyət çəkirlər. Bu faktorlar fermer təsərrüfatlarını iqlim dəyişikliyinə uyğunlaşdırmaq üçün investisiya ayırmasını çətinləşdirir. İqlim dəyişikliyi ilə əlaqəli yüksək temperatur, su qıtlığı, torpağın şoranlaşması, yeni zərərvericilərin və xəstəliklərin yaranması da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbirin sonunda “Araz” Supermarketlər Şəbəkəsi Asiya İnkişaf Bankına Qarabağ xalçasının ornamentlərini özündə əks etdirən və əməkdaşlığın uzunmüddətli olmasını simvolizə edən saat hədiyyə edib.

Asiya İnkişaf Bankı

1966-cı ildə təsis edilmiş Asiya İnkişaf Bankı, ifrat yoxsulluğun aradan qaldırılması istiqamətindəki səylərini mütəmadi olaraq davam etdirir və regionda firavan, inklüziv, dayanıqlı və davamlı inkişafa nail olmağa çalışır. Hazırda AİB-ə 69 ölkə üzvdür və onlardan 49-u Asiya və Sakit Okean regionunda yerləşir.

“Veysəloğlu” Şirkətlər Qrupu

1994-cü ildən fəaliyyətə başlayan “Veysəloğlu” Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda “Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. “Veysəloğlu” Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see203

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see194

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see173

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see169

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see155

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri