Icma.az
close
up
RU
“Araz” supermarketlər şəbəkəsinin “Tullantıdan yarat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Araz” supermarketlər şəbəkəsinin “Tullantıdan yarat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Araz” supermarketlər şəbəkəsinin “Tullantıdan yarat” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - “COP29”un ölkəmizdə keçirilməsini nəzərə alaraq təşkil olunan müsabiqənin məqsədi ekoloji məsələlərə diqqət çəkmək, tullantıların təkrar emalını təşviq etməkdir.
Mükafatlandırma mərasimində çıxış edən şirkətin İdarə Heyətinin sədri Rəşad İbrahimov Azərbaycanın 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini xatırladıb. O, bildirib ki, həmin prioritetə uyğun olaraq ətraf mühitin qorunması, yaşıllıqların bərpa və artırılması, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərə “Araz” supermarketlər şəbəkəsi də öz töhfəsini verir: “Şirkətimiz hər il olduğu kimi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində də öz ənənələrinə sadiq qalaraq həyata keçirdiyi ekoloji tədbirlərini və layihələrini davam etdirib. “Araz” bu il təbiətin qorunması və ətraf mühitin mühafizəsi istiqamətində “Təbiəti qorumaq mənim əlimdədir” şüarı altında ağacəkmə və təmizlik aksiyaları, ekoçantalardan istifadənin təşviqi layihələri, batareyaların, plastik və şüşə butulkaların toplanılıb təhvil verilməsi tədbirləri ilə bu sahəyə töhfə verib”.
Tədbirdə “Tullantıdan yarat” müsabiqəsinin qalibləri mükafatlandırılıb. I yeri qazanan iştirakçıya 1500, II yerə 1000, III yerə layiq görülənə 500 AZN dəyərində pul mükafatı, eləcə də 11 iştirakçıya “Həvəsləndirci” mükafat və sertifikat verilib.
“Tullantıdan yarat” müsabiqəsinə təqdim olunan əsərlər “Təbiəti birlikdə qoruyaq” mövzusunda olub. Əsərlərdə plastiklər, şüşələr, metal qablar, kağız tullantılar, kartonlar və digər təkrar emal olunan materiallardan istifadə edilib. ⁠Münsiflər heyəti tərəfindən seçilən əl işləri “Araz”ın baş ofisində sərgilənib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri