Arbeloa: Nəticə gözləntilərimizi aşdı
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Real"ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Mançester Siti"yə 3:0 hesablı qalib gəldikləri matç haqda danışıb.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis komandasının çox vacib bir qələbə qazandığını vurğulayıb:
"Nəticə gözləntilərimizi aşdı. Sevinirəm ki, oyunçular "Santyaqo Bernabeu"da öz zəhmətlərinin qarşılığını aldılar. Olar belə bir axşama layiq idilər. Komandanın gücünə kənardan şübhələr var idi, amma biz "Real"ıq və bizi qiymətləndirməmək olmaz. "Mançester Siti"nin oyun tərzini və Xosep Qvardiolanın taktikasını yaxşı bilirik. Onun nəyi hədəflədiyini başa düşürük.
Rəqib bizi səhvə yol verməyə məcbur edirdi, amma səbirli qalıb təhlükəli vəziyyətlər yarada bildik. Mənim üçün Valverde müasir bir Xuanitodur. O, bir "Real" futbolçusunun necə oynamalı olduğunun nümunəsidir".
Baxış sayı:113
Bu xəbər 12 Mart 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















