Arda Gülər: “Çox məyusuq”
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər Millətlər Liqasının ilk turunda Fransaya 0:1 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, Gülər “beIN SPORTS”a açıqlamasında komandanın çoxsaylı itkilərə baxmayaraq əlindən gələni etdiyini bildirib.
“Son nəticələrimizi unutdurmaq üçün əlimizdən gələni etdik. Çoxlu zədəli futbolçumuz var idi. Buna baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etdiyimizi düşünürəm. Qalib gəlməyi çox istəyirdik. Çox məyusuq. Qarşıda vacib oyunlarımız var. Ümid edirəm ki, qələbə qazana biləcəyik. Bu məğlubiyyəti unutdurub İtaliya ilə oyunda qalib gəlmək istəyirik”.
Qeyd edək ki, Türkiyə millisi Fransaya qarşı görüşdə Kilian Mbappenin 54-cü dəqiqədə vurduğu qolla 0:1 hesabı ilə uduzub.
Baxış sayı:75
Bu xəbər 26 Sentyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















