Arda Güler “Real Madrid”lə yeni müqavilə imzalamağa yaxındır
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Real Madrid” futbol klubu türkiyəli yarımmüdafiəçi Arda Gülerə yeni müqavilə təklif etməyə hazırlaşır.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, təklif olunan uzunmüddətli anlaşma türkiyəli yarımmüdafiəçini 2031-ci ilin iyununa qədər “Santyaqo Bernabeu”da saxlayacaq.
Arda Güler 2023-cü ildə “Real Madrid”ə transfer olunub. Onun hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədə olsa da, klub rəhbərliyi futbolçunun maaşını və müqavilə statusunu komandadakı yüksələn mövqeyinə uyğunlaşdırmaq istəyir.
Komandanın baş məşqçisi Joze Mourinyo hücumameyilli yarımmüdafiəçini rəqib cərimə meydançasına daha yaxın zonalarda effektiv çıxış edən həlledici oyunçu hesab edir və müqavilənin yenilənməsini dəstəkləyir.
Yenilənmiş müqavilə şərtlərinin cari mövsümün əvvəlindən qüvvəyə minəcəyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 10 Sentyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















