Qələbənin simfonik zirvəsi: Notalarda əks olunan 44 gün
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Zalında Qələbəmizin 6-cı ildönümünə həsr olunmuş “Şanlı Zəfərimiz” adlı təntənəli konsert proqramı təşkil olunub.
İttifaqdan AZƏRTAC- a bildirilib ki, tədbirdə əvvəlcə Zəfərimizə həsr olunan videoçar nümayişi edilib.
Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən, ordumuzun şücaətindən və bu Zəfərin mədəniyyət xadimlərinin yaradıcılığındakı təcəssümündən bəhs edib.
Deputat Aydın Mirzəzadə Zəfərimizin tarixi əhəmiyyətini vurğulayıb. Deputat 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin xalqımızın qürur mənbəyi olduğunu və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynadığını bildirib. O, bu cür tədbirlərin şəhidlərimizin əziz xatirəsinə və qazilərimizin rəşadətinə göstərilən yüksək ehtiramın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. A.Mirzəzadə mədəniyyət xadimlərinin zəfər ruhunu musiqinin dili ilə ictimaiyyətə çatdırmasının vacibliyini xüsusi qeyd edib.
Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynovanın aparıcılığı ilə keçirilən konsert proqramında vokal və instrumental musiqi nömrələri təqdim edilib.
Şəhid Şəhriyar Həsənquliyevin anası Maisə Həsənquliyeva təsirli çıxış edərək xatirələrini bölüşüb.
Sevinc İbrahimovanın Məlahət Yusifqızının sözlərinə bəstələdiyi “Birliyə çağırış” əsərini Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdlərindən ibarət xor (konsertmeyster: Sevinc İbrahimova) ifa edib. Əlibaba Məmmədovun Əliağa Vahidin sözlərinə bəstələdiyi “Vətən yaxşıdır” (“Xudayar təsnifi”) əsəri qazi Murad Bayramın (Yusifzadə) təqdimatında səslənib.
Tədbirdə Məmmədağa Umudovun simfonik orkestr üçün bəstələdiyi “Böyük qayıdış” klipinin ilk nümayişi baş tutub.
Antonin Dvorjakın “Anamın mənə öyrətdiyi mahnılar” əsərini qazi İlqar Paşayev (violin) və Əsmər Qafarlı-Paşayeva (piano) ifa ediblər. Elçin Cəfərovun Cəlal Qurbanovun sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısını qazi İzzət Mənsimov səsləndirib.
Şəhid Nahid Ağalarovun övladı Zəhra Ağalarova atasına ithaf etdiyi xüsusi ifası ilə dinləyicilərə kövrək anlar yaşadıb. Elza İbrahimovanın Aslan Abdullayevin sözlərinə bəstələdiyi “Ey Vətən” əsərini qazi Məbud Əhmədov təqdim edib.
Tədbir sözləri və musiqisi Firəngiz Əlizadəyə aid olan “Zəfər marşı”nın Xırdalan şəhər 11 illik musiqi məktəbi xorunun (konsertmeyster: Sevinc İbrahimova) yüksək əhval-ruhiyyəli ifası ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 06 Noyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















