Arda Turan AZ Alkmaar ilə oyundakı darmadağından nə danışdı?
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Şaxtyor"un baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının 1/4 finalının ilk oyununda "AZ Alkmaar" üzərində qazanılan qələbəni (3:0) şərh edib.
Fanat.Az xəbər verir ki, Ukrayna klubunun rəsmi saytı türkiyəli mütəxəssisin fikirlərini belə təqdim edib:
"Düzünü desəm, çətin bir matç idi. Düşünmürəm ki, 90 dəqiqə hesabı əks etdirir. Çünki ilk hissədə 5-4-1 sistemi ilə istədiyimiz kimi oynaya bilmədik. Mərkəz müdafiəçiləri topa vaxtında çata bilmir, "8 nömrə"li futbolçumuz uzaqda qalırdı, xətlər arasında əlaqə itirdi.
İkinci hissədə daha aqressiv idik. "AZ Alkmaar" ilə oynayırsınızsa, bütün matçı yüksək səviyyədə keçirə bilməzsiniz. Oyunu bütün vaxt ərzində tam idarə edə bilməməyimiz normaldır.
Dörddəbir finalın nə demək olduğunu hiss etmək istəyirdik. Amma bu, bizim üçün asan deyil, çünki öz stadionumuzda oynamadığımızı hiss edirik. Arxayınlaşmaq olmaz. Təkəbbür bizi məhv edər. Çünki ikinci oyunda Niderlanddakı atmosferin nə qədər çətin olacağını bilirik".
Qeyd edək ki, tərəflər arasında 1/4 final mərhələsinin cavab oyunu aprelin 16-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 10 Aprel 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















