Vidadi Rzayev Qərb derbisindən öncə şansları dəyərləndirdi
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Son turlarda həm "Turan Tovuz", həm də "Kəpəz" oyunu və qazandığı nəticələrlə azarkeşlərini sevindirir". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.
Veteran futbolçu Misli Premyer Liqasının 13-cü turunda keçiriləcək Qərb derbisində "Turan Tovuz" və "Kəpəz"in şanslarını dəyərləndirib:
"Xüsusilə Tovuz təmsilçisi mövsümün əvvəli ilə müqayisədə indi daha yaxşı təsir bağışladığını söyləmək olar. Kurban Berdıyevin komandası hazırda yüksəlişdədir. Sözün düzü, oyunla bağlı proqnoz vermək çətindir. Əsas odur ki, stadiona gələnlər maraqlı mübarizəyə şahidlik edəcəklər. İki klubun formasını geyinmişəm. Ona görə də heç birinin xətrinə dəymək, birinə digərindən fərqləndirmək istəmirəm".
Rzayev doğma meydan amilini nəzərə alaraq Tovuz klubunun qələbəyə daha yaxın olduğunu vurğulayıb:
"Matçın Tovuzda keçirilməsi isə doğma meydan və azarkeş amilinə görə "Turan Tovuz"a müəyyən üstünlük verə bilər. Ümumilikdə, hər iki komandanın azarkeşləri möhtəşəmdir. Onlar hər zaman komandalarının yanındadırlar. Turun mərkəzi görüşü "Neftçi" – "Zirə" qarşılaşması olsa da, Qərb derbisi həmişə xüsusi maraq doğurub və diqqət mərkəzində olub".
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma bu gün saat 16:30-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 28 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















